Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / “Azərbaycanda dərman istehsal edən müəssisələr yaradılacaq”

“Azərbaycanda dərman istehsal edən müəssisələr yaradılacaq”

“Biz yaxın zamanlarda Azərbaycanda dərman istehsal edən müəssisələrin yaradılmasının şahidi olacağıq”.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov deyib.

Baş nazirin müavini qeyd edib ki, Azərbaycanın dərman sektoru yalnız xaricdə istehsal olunan dərmanlar hesabına özünü təmin edə bilməz: “Bu istiqamətdə işlər aparılır”.

Ə.Əhmədov deyib ki, Azərbaycan Prezidentinin sərəncamı ilə Nazirlər Kabineti nəzdində yaradılan Tibbi Sığorta Agentliyinə rəhbər təyin edilib. O, hazırda bu strukturun yaradılması istiqamətində işlərin aparıldığını deyib: “Bilirsiniz ki, bu struktur Azərbaycanda ilk dəfə yaradılır. Ona görə də həm hüquqi, həm də təşkilatı baxımdan görüləcək işlər var”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın