Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / Azərbaycanda bu şəxslərə nazirlikdə vəzifə verildi – SİYAHI

Azərbaycanda bu şəxslərə nazirlikdə vəzifə verildi – SİYAHI

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunda dəyişikliklər olub.

Belə ki, 2 şöbənin əsasında Təhlil və strateji planlaşdırma şöbəsi yaradılıb. Şöbəyə Sadiq Əliyev müdir təyin olunub.

Ümumi şöbənin bazasında isə Vətəndaşların qəbulu şöbəsi və Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi yaradılıb. Həmin şöbələrin müdiri vəzifələrini Arif Əliyev və Günel Nəsibova icra edəcək.

Məşğulluq siyasəti və demoqrafik inkişaf məsələləri şöbəsinə isə Rəşad Dayıyev təyin edilib. O bu vaxta qədər Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin rəis müavini olub.

Məlumatı ”BakuPost”a nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov təsdiqləyib.  

Həmçinin oxuyun

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasının ildönümüdür

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il keçir. 2023-cü il aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası …