Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Azərbaycanda bu partiya fəaliyyətini dayandırdı

Azərbaycanda bu partiya fəaliyyətini dayandırdı

Azərbaycanda Sosial Rifah Partiyası (ASRP) fəaliyyətini dayandırıb.
Bu barədə partiyanın bəyanatında bildirilib.

Qeyd edilib ki, qərarın verilməsində strateji məsələlər nəzərə alınıb: “Beynəlxalq münasibətlər sistemində ölkəmizin artan nüfuzunu, daxili siyasətdə əhalinin sosial rifahını strateji prioritet kimi bəyan edilməsi, habelə tarixi torpaqlarımızın işğaldan azad olunması kimi strateji məsələləri nəzərə alaraq ASRP bütün üzvlərinin iradəsini əks etdirərək partiyanın buraxılmasını bəyan edir”.
Xatırladaq ki, ASRP 1995-ci ildə siyasətçi Xanhüseyn Kazımlı tərəfindən qurulub. O, 25 il deputat olub. 2020-ci ildən etibarən partiyanın sədri X.Kazımlının qızı Əsli Kazımova idi. 

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …