Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Azərbaycanda belə vicdanlı sürücülər də var – Maraqlı eksperiment – FOTO

Azərbaycanda belə vicdanlı sürücülər də var – Maraqlı eksperiment – FOTO

Gənc fəal, hüquq müdafiəçisi Əhməd Şahidov sürücülər arasında maraqlı bir eksperiment aparıb. Azinforum.az-ın məlumatına görə, bu barədə sosial şəbəkədə yazan Əhməd Şahidov bildirib ki, Qax rayonuna gedərkən rayona girəndə eksperiment keçirmək istəyib və maraqlı nəticə ortaya çıxıb: «Öz maşınımdan düşdüm, dedim, rayonun girişindən düz mərkəzə kimi piyada gedəcəm. Kim saxlasa və pulsuz aparmağa razılaşsa, o maşına minəcəm. Yalan olmasın, 10 maşın saxladı, taksilər idi, biri 5 manat dedi, biri 7 manat, 10 AZN istəyən də var idi.
Dedim, qardaş, pulum yoxdur. Sürüb getdilər. Biri hələ söz də atdı ki, cavan oğlansan, yaxşı da geyinib-keçinmisən, cibinq bir pul qoy də. Cavab vermədim və yoluma davam elədim. Axırda bu maşın saxladı, fəhlə adam idi. Dedi, mən apararam, oturdum. Yolboyu üzümə baxırdı. Birdən qayıtdı ki, bağışlayın, sizə uyğun maşın deyil, maşının da içi yoxdur. Dedim, dayı, bu maşın və sən mənə ən doğmasız. Beləliklə, tanış olduq. Düşəndə təşəkkür əlaməti olaraq 100 manat vermək istədim. Nə qədər elədim, götürmədi. Qaxım mənim belədir…».

 

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın