Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Azərbaycanda balıq ovlamaq üçün – Yeni qaydalar

Azərbaycanda balıq ovlamaq üçün – Yeni qaydalar

Azərbaycanda balıq ovu ilə bağlı qaydalar müəyyən olunub.

“Qafqazinfo” xəbər verir ki, baş nazir Artur Rasizadə “Balıq və digər su bioresursları ovunun Qaydaları”nı təsdiq edib.  Qaydalarda bu balıqların nə zaman, hansı üzulla ovlanmasına icazə verilməsi haqda tələblər öz əksini tapıb. Həmçinin balıq ovlamaq üçün kvota, icazə sənədlərinin siyahısı, həvəskar və idman balıq ovu üçün şərtlər də sənəddə qeyd olunub.

Aşağıda göstərilən müddətlərdə və yerlərdə balıq və digər su bioresurslarının sənaye ovuna icazə verilir:

Balıqçılıq və su obyektləri Ov alətləri Ova icazə verilən müddətlər
1 2 3
Xəzər dənizində (gölündə)
Axçalı və siyənək balıqlarının ovu dayanan diktorbalı torlar və tələ quruluşlu digər ov alətləri yanvarın 1-dən mayın 1-nə kimi  və sentyabrın 1-dən dekabrın 31-nə kimi
Meliorativ kollektorların mənsəbində və məcrasında bu Qaydalarla müəyyən edilmiş və istifadəsi mümkün olan bütün ov alətləri il boyu
Gəmilərlə kilkə ovu  konus tor və nasoslar yanvarın 1-dən mayın 1-nə kimi  və iyunun 1-dən dekabrın 31-nə kimi
1 2 3
Siyənək  və axçalı balıqların ovu  siyənək torları  fevralın 1-dən mayın 1-nə kimi
Sahil kilkəsinin ovu dayanan diktorbalı torlar yanvarın 1-dən aprelin 1-nə kimi və sentyabrın 15-dən dekabrın 31-nə kimi
Kefal və digər axçalı balıqların ovu cibli kefal torları yanvarın 1-dən mayın 1-nə kimi  və sentyabrın 1-dən dekabrın 31-nə kimi
H.Z.Tağıyev adına qəsəbədən Rusiya Federasiyasının sərhəd-lərinə qədər olan sahil-boyu ərazilərdə siyənək və axçalı balıqların ovu atılan dəniz diktorbalı toru martın 1-dən aprelin 15-nə kimi
Xərçəng və krevet ovu xərçəngtoplayan

 

mayın 1-dən noyabrın 1-nə kimi
Kür çayında
Nərə cinsli, axçalı və qızıl balıqların ovu

 

atılan diktorbalı torlar və üzən çay torları ilə yanvarın 1-dən aprelin 1-nə kimi və sentyabrın 1-dən dekabrın 31-nə kimi
Kür çayının əlavə sularında axçalı balıqların ovu  üzən çay torları ilə yanvarın 1-dən martın 1-nə kimi  və sentyabrın 1-dən dekabrın 31-nə kimi
Göllərdə
Candargöl və Sarısu göllər sisteminə daxil olan su obyektlərində axçalı balıqların ovu göl venterləri və axçalı balıq torları yanvarın 1-dən aprelin 1-nə kimi və sentyabrın 1-dən dekabrın 31-nə kimi
Su anbarlarında
Mingəçevir, Şəmkir, Araz, Ağstafa və Varvara su anbarlarında axçalı balıqların ovu göl venterləri və axçalı balıq torları yanvarın 1-dən aprelin 1-nə kimi və sentyabrın 1-dən dekabrın 31-nə kimi
Mingəçevir, Araz və Varvara

su anbarlarında xərçəng ovu

ixtisaslaşdırılmış ov alətləri mayın 1-dən noyabrın 1-nə kimi
       

Balıq ovu ilə bağlı təsdiq olunmuş qaydalarla tam şəkildə BURADAN tanış ola bilərsiniz.

 

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın