Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / “Azərbaycana hər zaman dəstək verməyə hazırıq” – Britaniya səfiri

“Azərbaycana hər zaman dəstək verməyə hazırıq” – Britaniya səfiri

Böyük Britaniya bərpa olunan enerji sahəsinin inkişafında Azərbaycana hər zaman dəstək verməyə hazırdır.

Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp “Twitter” hesabında yazıb.

Səfir dünən Azərbaycanla Britaniya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədrlərinin videokonfrans formatında görüşünün maraqlı keçdiyini əlavə edib: “Nazirlərimiz arasında maraqlı görüş keçirildi”.

Xatırladaq ki, dünən Azərbaycan hökuməti ilə Britaniya hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədrləri, Energetika naziri Pərviz Şahbazov və Britaniyanın Dövlət katibinin parlament nümayəndəsi, İxracat naziri Graham Stuartın iştirakı ilə videokonfrans keçirilib. Azvision.az

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …