Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Azərbaycan və Rusiya prezidentləri Dağlıq Qarabağ ətrafında vəziyyəti müzakirə edib

Azərbaycan və Rusiya prezidentləri Dağlıq Qarabağ ətrafında vəziyyəti müzakirə edib

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı Dağlıq Qarabağ ətrafındakı vəziyyətin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlarına uyğun olaraq bundan sonrakı stabilləşməsinə dair müzakirəsi davam etdirilib.

Regionda sülhün, təhlükəsizliyin və ardıcıl sosial-iqtisadi inkişafın təmin olunması məsələlərinə, eləcə də nəqliyyat kommunikasiyalarının bərpa olunması işinin gedişatına ətraflı baxılıb.

Bununla yanaşı, aprelin 7-də Moskvada baş tutan ali səviyyədə Rusiya-Ermənistan danışıqlarının yekunları nəzərə alınıb.

Müxtəlif formatlarda təmasların aktivləşdirilməsi razılaşdırılıb.

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …