Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Azərbaycan Ümumdünya Poçt Konvensiyasına qoşuldu

Azərbaycan Ümumdünya Poçt Konvensiyasına qoşuldu

Prezident İlham Əliyev “Poçt ödəniş xidmətləri haqqında” Sazişə qoşulmaq barədə Azərbaycan Respublikasının Qanununu təsdiq edib.

“Qafqazinfo” xəbər verir ki, qanuna əsasən, Azərbaycan Respublikası “Poçt ödəniş xidmətləri haqqında” 2012-ci il oktyabrın 11-də Doha şəhərində imzalanmış Sazişə müvafiq bəyanatla qoşulur.

Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində “Poçt ödəniş xidmətləri haqqında Saziş”in müddəalarının həyata keçirilməsinə həmin ərazilər işğaldan azad olunanadək və işğalın nəticələri tam aradan qaldırılanadək təminat vermək iqtidarında deyil.

Azərbaycan Respublikası bəyan edir ki, “Poçt ödəniş xidmətləri haqqında Saziş”in müddəalarından irəli gələn hüquq və öhdəliklər Azərbaycan Respublikası tərəfindən Ermənistan Respublikasına münasibətdə tətbiq edilməyəcək.

Azərbaycan Respublikası bu Bəyanatın 1-ci və 2-ci hissələrinin müddəalarını istənilən vaxt dəyişdirmək və ya ləğv etmək hüququnu özündə saxlayır və digər Tərəflər belə dəyişikliklər və ya ləğvetmə haqqında yazılı surətdə məlumatlandırılacaqlar.

Dövlət başçısı, həmçinin Ümumdünya Poçt Konvensiyasına və onun yekun Protokoluna qoşulmaq haqqında Azərbaycan Respublikasının Qanununu təsdiq edib.

Qanuna əsasən, Azərbaycan Respublikası 2012-ci il oktyabrın 11-də Doha şəhərində imzalanmış Ümumdünya Poçt Konvensiyasına və onun yekun Protokoluna müvafiq bəyanatla (bəyanatın mətni əlavə olunur) qoşulsun.

Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində “Ümumdünya Poçt Konvensiyası və onun yekun Protokolu”nun müddəalarının həyata keçirilməsinə həmin ərazilər işğaldan azad olunanadək və işğalın nəticələri tam aradan qaldırılanadək təminat vermək iqtidarında deyildir.

Azərbaycan Respublikası bəyan edir ki, “Ümumdünya Poçt Konvensiyası və onun yekun Protokolu”nun müddəalarından irəli gələn hüquq və öhdəliklər Azərbaycan Respublikası tərəfindən Ermənistan Respublikasına münasibətdə tətbiq edilməyəcək.

Azərbaycan Respublikası bu Bəyanatın 1-ci və 2-ci hissələrinin müddəalarını istənilən vaxt dəyişdirmək və ya ləğv etmək hüququnu özündə saxlayır və digər Tərəflər belə dəyişikliklər və ya ləğvetmə haqqında yazılı surətdə məlumatlandırılacaqlar.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın