Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / “Azərbaycan türklərinə qarşı təhdid və təhqirlərin qarşısı alınmalıdır” – “Soydaş” İctimai Birliyi

“Azərbaycan türklərinə qarşı təhdid və təhqirlərin qarşısı alınmalıdır” – “Soydaş” İctimai Birliyi

“Son günlərdə Gürcüstan ictimayətində, sosial şəbəkələrdə Gürcüstan vətəndaşları olan Azərbaycan türklərinə qarşı təhdid və təhqirləri, xoşagəlməz və aqressiv bəyanatları təəssüflə izləyirik”.

Bu barədə “Soydaş” İctimai Birliyindən göndərilən müraciətdə bildirilir. Müraciətdə qeyd olunur ki, Gürcüstan Əlyazmalar Mərkəzinin rəhbəri Zaza Abaşidze “Facebook” sosial şəbəkəsi vasitəsiylə paylaşdığı statusunda, soydaşlarımıza qarşı “Marneulidə onları kənddə saxlamalı və onları qırmaq lazımdır” deyə təhdidedici ifadələr işlədib.

“Bir müddət əvvəl də Gürcüstanda COVİD-19 virusunun yayılması ilə əlaqədar Azərbaycan türkləri təqsirli bilinərək təhdid və təhqirlərə məruz qalmışdırlar. Bu cür halların birmənalı qarşısı alınmalıdır. Kimliyindən aslı olmayaraq soydaşlarımızı təhqir edən hər kəs qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunmalıdır!”, – müraciətin müəllifləri vurğulayıblar.

Gürcüstan hüquqi və dünyəvi dövlət olduğu, hər kəsin hüquq və azadlıqları bərabər olduğunu xatırladan “Soydaş” İctimai Birliyi Azərbaycan türklərinin də bu ölkənin bərabər hüquqlu vətəndaşları olduğunu bildirir:

“Milli məsələləri bilərəkdən, yaxud təcrübəsizlikdən istifadə edərək təhdid və təhqirlər edənlərə “dur!” deyilməlidir. Gürcüstan Azərbaycan türklərinin tarixi vətənidir. Azərbaycan türkləri gəlmə deyil, Gürcüstanın aborigen əhalisidir. Dilimiz, dinimiz, mədəniyyətimiz, adətimiz, tariximiz Gürcüstanın zənginliyidir. Gürcüstan dövləti sadəcə gürcülərin və ermənilərin dövləti deyil, eyni zamanda Azərbaycan türklərinin də dövlətidir. “Soydaş” İctimai Birliyi olaraq soydaşlarımızın yaşadıqları ölkələrdə hüquqi dövlət, dünyəvi dövlət, hüquq və azadlıqların təminatı, bərabər hüquqlu vətəndaşlıq kimi prinsipləri müdafiə edirik”.

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …