Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Siyasət / Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirləri görüşüblər – VİDEO

Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirləri görüşüblər – VİDEO

Qış təlimlərini izləmək üçün Türkiyənin Qars şəhərinə gedən Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovu hava limanında Türkiyənin müdafiə naziri Hulusi Akar qarşılayıb.

Türkiyə, Azərbaycan və Gürcüstanın müdafiə nazirləri – Hulusi Akar, Zakir Həsənov və Cuanşer Burçuladz Sarıqamışda görüşüblər

Bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 1-də bu ölkəyə səfər edib.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənovun qardaş ölkədə keçirilən “Qış təlimi – 2023” beynəlxalq təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirakı planlaşdırılır.

Həmçinin oxuyun

“Putin Ukraynada qalib gələrsə, bu Azərbaycana da təhlükə törədə bilər”

“Qafqazda bizim bir neçə vacib tərəfdaşlarımız var, buna görə də bu region NATO üçün çox …