Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / “Azərbaycan tarixi bir fürsət əldə edib”

“Azərbaycan tarixi bir fürsət əldə edib”

İrəvan Türk Cümhuriyyəti cəbhədə baş verən gərginliklə bağlı  bəyanat yayıb.

Bəyanatda deyilir: “Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı bu gün başlatdığı hücumlara cavab olaraq və mülki əhalimizin qorunması məqsədi ilə başlatdığı hərbi əməliyyatların torpaqlarımızın işğaldan azad edilməsi üçün  tarixi bir fürsət yaranmışdır. Qəlbə bizim olacaqdır.  Otuz ilə yaxın bir müddətdə torpaqlarımızı işğal altında saxlayan və aparılan  danışıqlarda heç bir konstruktiv mövqe sərgiləməyən və status- kvonu saxlalamq üçün hər dəfə təxribatlar törədən Ermənistan Azərbaycan üçün ayrı yol qoymamışdır. Bütün dünya ölkələri və beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanısa da, BMT işğalçı erməni işğalçı ordularının Dağlıq Qarabağdan çıxarılması haqqında 4 qətnamə qəbul etsə də, Ermənistanın hərbi-siyasi rəhbərliyi  bu beynəlxalq tələbi yerinə yetirmək əvəzinə,  bu ölkənin şovinist rəhbərinin dilindən ”Qarabağ Ermənistandır” kimi cəfəng, ölkəsinin daxilinə hesablanmış bir iddia ortaya atmaqdan belə çəkinməmişdir, dünya da gördü ki, Şuşada  separatçıların inaqurasiyasını keçirərək Azərbaycana meydan oxudular, Şuşa şəhərini, bu qədim Azərbaycan mədəniyyət mərkəzini “paytaxt” elan etdilər. İşğal altında olan ərazilərdə beynəlxalq konfensiyalara zidd hərəkətlərə yol verərək burada qanunsuz məskunlaşma həyata keçirdilər, Azərbaycana məxsus maddi- mədəniyyəti məhv etməyə yönəlik fəaliyyəti genişləndirdilər və s.  Butün bunlar  o  deməkdir ki,  Ermənistan danışıqlar prosesinə nöqtə qoymuşdur. Bu gün Azərbaycanın öz torpaqlarını azad etmək üçün antiterror əməliyyatları kimi bir addım atmaqdan başqa  bir seçənəyi qalmamışdır. Bölgəmizi təhdid edən bu terror dövlətini durdurmaq,  erməni separatizmini kökündən qazımaq və bu ərazilərimizdə öz suverenliyini bərpa etmək üçün bu günlərdə  Azərbaycan tarixi bir fürsət əldə edib. Bu işdə qardaş Türkiyə dövlət səviyyəsində Azərbaycanın yanında olduğunu bir daha bəyan etməsi də qürurverici, hər səviyyədə qardaş Türkiyənin yanımızda olmasının işarəsidir.  Uzun illər Ermənistanın əsas himayəçisi kimi çıxış edənlər də bizim haqqımızı tanımalıdırlar, beynəlxalq hüquq və dövlətlərin öz ərazi bütövlüyünü təmin etmək kimi prinsiplərə uyğun olaraq Azərbaycanın atdığı addımları  həm Rusiya, həm də digər ölkələr anlayışla qarşılamalıdır.  Dağlıq Qarabağı və ətraf rayonlarımızı azad etmək Azərbaycanın daxili məsələsidir. Heç bir dövlət bunu qınaya bilməz. Azərbaycan öz dövlətçiliyinə qarşı təhdid ünsürü olan bu qondarma qurumu ortadan qaldırmağa qadirdir və bu, beynəlxalq hüquqla ona əsas verir ki, burada hərbi əməliyyatlar keçirsin, öz torpaqlarına yenidən sahib olsun. Bu günlərdə qanlı savaş verən Azərbaycan Ordusu bu haqqı təmin etməyə qadirdir. 
 İrəvan Türk Cümhuriyyəti olaraq bu ədalət savaşını başladan Azərbaycan hakimiyyətinə və Müzəffər Ordumuza dəstəyimiz tamdır.  Tarixi ədalətsizlik nəticəsində min illərlə yaşadıqları öz dədə- baba torpaqlarından  köçlərə məruz qalmış, departasiya olunmuş, basqı və söyqırımlara məruz qalmış və  dünyanın müxtəlif ölkələrinə səpələnmiş  milyonlarla Qərbi Azərbaycan əsilli insanlar adından  Ali Baş Komandan İlham Əliyevin  yanında olduğumuzu bəyan edir,  qələbənin bizim olacağına əminliyimizi ifadə edirik. Tanrı yardımçımız olsun. Hədəfimiz İrəvandır”.

İrəvan Türk Cümhuriyyəti Millət Şurasının sədri professor Qafar Çaxmaqlı

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …