Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / “Azərbaycan Şuşanı görməyəcək!”- “ASALA” terrorçusundan hədə…

“Azərbaycan Şuşanı görməyəcək!”- “ASALA” terrorçusundan hədə…

“Azərbaycan Şuşanı görməyəcək! Mən düşünmürəm ki, bu, nə vaxtsa mümkün ola. Azərbaycanlılar yalnız barışıq əldə edildikdən sonra Şuşaya turist kimi gələ bilərlər…”

Moderator.az xəbər verir ki,  hamımız üçün bu təhqiramiz açıqlamanı İrəvanda jurnalistlərə Azərbaycan ordusunun “Hədəfimiz Şuşadır! Gözləyin gəlirik!”  fleşmobu barədə danışan “ASALA” terrorçusu  Bazgen Sislyan verib. Terrorçunun bu fikirlərinə keçmiş kəşfiyyat komandiri Vova Vardanov da dəstək verib.
Qeyd edək ki, Vazgen Sislyan 24 sentyabr 1981-ci ildə Parisdəki Türkiyə konsulluğunu ələ keçirmiş “ASALA” qrupuna rəhbərlik edib. Hücum nəticəsində biri türk həlak olub, digəri isə yaralanıb. Terrorçular 56 nəfəri 16 saat müddətndə girov saxladıqdan sonra buraxıblar. O, eyni zamanda 1991-ci ilin dekabr ayında Budapeştdə Türkiyə səfiri Bədrəddin Tünbaşa qəsddə iştirak edən qatildir.V.Sislyan 1988-1994-cü illərdə Azərbaycana qarşı hərbi əməliyatlarda da iştirak edib. 2016-cı ilin Aprel döyüşləri zamanı da o, dəstə toplayaraq ön cəbhəyə gəlib. O, Xocalı soyqırımında iştirak etməsi, burada ikigünlük türk körpələrini qətlə yetirməsiylə fəxr edir…
P.S. Erməni terrorçusunun bu çağırışına yalnız  qəti hücumla cavab vermək mümkündür…

Həmçinin oxuyun

“İran Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayır” – Kənani

“İran Azərbaycan və Ermənistan arasında delimitasiya komissiyasının iclasında əldə olunmuş razılaşmaları alqışlayır və tərəfləri regionda …