Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Azərbaycan Sosialist Partiyasının İrandakı səfirliyimizə edilən terrorla bağlı bəyanatı

Azərbaycan Sosialist Partiyasının İrandakı səfirliyimizə edilən terrorla bağlı bəyanatı

Azərbaycan Sosialist Partiyası olaraq ötən gün səhər saatlarında Azərbaycan Respublikasının İran İslam Respublikası ərazisində yerləşən səfirliyinə edilən hücumu qətiyyətlə pisləyir, terroru törədən şəxs və yaxud şəxslərin silahlı hücum zamanı öz vəzifə borcunu yerinə yetirərkən həlak olmuş,  Azərbaycan səfirliyi  təhlükəsizlik xidmətinin rəisi Orxan Əsgərovun  ailəsinə və yaxınlarına baş sağlığı verərək səbr diləyir, hadisə zamanı xəsarət almış digər əməkdaşlara Allahdan şəfa diləyirik.

İran tərəfinin  verdiyi ilkin açıqlamada hadisənin məhz şəxsi münasibətlər, ailədaxili münaqişə səbəbindən baş verdiyi göstərilsə də bu məqam, tərəfimizdən inandırıcı səbəb olaraq qarşılanmır və son zamanlar İran İslam Respublikası tərəfindən Azərbaycan Respublikasına qarşı atdığı təhdid xarakterli addımların davamı olaraq qəbul edilir. 

Beynəlxalq aləmdə terroru dəstəkləyən dövlət olaraq tanınan  İran İslam Respublikası ərazisində xarici ölkə nümayəndəliklərinə qarşı müxtəlif zaman kəsimində həyata keçirilmiş terror əməlləri sırasından olan, bu gün baş vermiş hadisəyə görə məhz İran İslam Respublikası hakimiyyətinin məsuliyyət daşıdığını bir daha adı qeyd edilən ölkə rəhbərliyinin nəzərinə çatdırırıq. Hadisənin adi məişət zəminində baş verməsi faktını açıqlamaqla İran hakimiyyəti əslində ictimai fikri azdırmaq, məsələnin  əsl mahiyyətini beynəlxalq aləmdən yayındırmaq məqsədi güdür.

Yuxarıda qeyd etdiyimiz halları nəzərə alaraq Azərbaycan Sosialist Partiyası Bəyan edir

İran İslam Respublikası ərazisində baş vermiş hadisəyə görə məsuliyyət, tam olaraq həmin dövlətin üzərindədir və Azərbaycan Respublikasının müvafiq qurumları ilə birlikdə  beynəlxalq qanunlar çərçivəsində araşdırılaraq  hüquqi qiymətini almalıdır.

İnanmaq istərdik ki, İran İslam Respublikası tərəfindən Azərbaycan Respublikasına  qarşı atılan təhdid xarakterli addımlar çərçivəsində gələcəkdə də bu kimi hadisələrin baş verə bilmə ehtimallarının qarşısının alınması məsuliyyəti qarşı tərəfin üzərindədir və düşünürük ki, bu hadisə, İran tərəfindən müstəqil Azərbaycanın  dövlət strukturlarına və öz vəzifə borcunu  yerinə yetirən  vətəndaşlara qarşı atılacaq son addım olaraq qəbul ediləcəkdir.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …