Ana səhifə / Siyasət / Azərbaycan solçuları prezidentliyə namizədini müəyyənləşdirdi

Azərbaycan solçuları prezidentliyə namizədini müəyyənləşdirdi

Bu gün, Azərbaycan Kommunist Partiyasının və Azərbaycan Sosialist Partiyası üzvlərinin birgə plenumu keçirilib. Azinforum.az-a verilən məlumata görə, plenumun gündəliyidə duran əsas məsələ, qarşıdan gələn Azərbaycan Respublikası Prezident seçkilərində, adıçəkilən partiyaların öz namizədləri ilə iştirak məsələsi olub. Yekdil qərara əsasən partiyaların seçkilərdə iştirakı vacib sayılıb. Plenumda həmçinin, seçkilərdə namizəd olaraq, Azərbaycan Sosialist Partiyasının sədri, Elşən Həsənovun namizədliyiyn irəli sürülməsi qərara alınıb.
Plenumun çıxardığı qərara əsasən bu məqsədlə təşəbbüs qrupu yaradılmış və gələn həftənin ilk iş günlərində müvafiq sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim etmək nəzərdə tutulub.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …