Azinforum.az Apa-ya istinadən xəbər verir ki, tədbirdə çıxış edən Rumıniyanın Azərbaycandakı səfiri Dan Yanku bildirib ki, Azərbaycan ölkəsinin regionda yeganə strateji tərəfdaşıdır:

“Bu gün Rumıniya ilə Azərbaycan güclü dostluq əlaqələri ilə bir-birinə bağlıdır. Azərbaycan Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşımız, enerji və nəqliyyat sahəsində regionda ən böyük tərəfdaşımızdır. Biz mükəmməl siyasi dialoq, artan iqtisadi əməkdaşlıq və insanlararası əlaqələrdən məmnunuq”, – deyə o vurğulayıb.

Xarici işlər nazirinin müavini Xələf Xələfov isə bildirib ki, 25 il ərzində Azərbaycan-Rumıniya münasibətləri hərtərəfli inkişaf edib: “Münasibətimiz strateji tərəfdaşlıq səviyyəsindədir. Əməkdaşlığımız bütün sahələrdə inkişaf edir və biz bu əlaqələrin səviyyəsindən məmnunuq. İki ölkə arasında iqtisadi komissiya fəaliyyət göstərir və bu komissiya iqtisadi əlaqələrin inkişafına təkan verir. 2018-ci ildə hökumətlərarası komissiyanın 5-ci iclası olacaq. Bu da iqtisadi sahədə əlaqələrin daha da genişlənməsinə təkan verəcək. Rumıniya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dair ölkəmizin mövqeyini ədalətli şəkildə dəstəkləyir. Enerji sahəsində də əlaqələrimiz genişlənir”.