Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Azərbaycan Qarabağ ermənilərinə pensiya verəcək? – Deputatdan açıqlama

Azərbaycan Qarabağ ermənilərinə pensiya verəcək? – Deputatdan açıqlama

“Məncə, ermənilərə 30 illik müavinətlərin birdən verilməsi məsələsi gülməli bir mövqedir. Eləcə də bunu səsləndirən çox böyük səhvə yol verir. Azərbaycanın heç kimə borcu yoxdur, heç kimə nə müavinət, nə də təzminat ödəməlidir”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

O, Zərdüşt Əlizadənin “Qarabağda yaşayan ermənilərin 30 illik müavinətlərini verməliyik” fikrinə münasibət bildirib:

“Son 30 ildə Qarabağda yaşayan ermənilərin Azərbaycana vurduğu maddi və mənəvi ziyanın həcmi həddən artıq yüksəkdir. Buna görə təzminat tələb etməlidir”.

E. Məmmədovun qənaətinə görə, ermənilər Azərbaycana qarşı üsyana qalxıb, Azərbaycan vətəndaşlığından imtina edib, qanunları pozub və 30 ilə yaxın Azərbaycan ərazisini işğal altında saxlayıblar:

“Hansı qanunda və hüquqda yazılıb ki, dövlətə qarşı çıxan, ona üsyan edən, itaətsizlik göstərən, işğalçılıq, separatçılıq və terrorçuluqla məşğul olanlara dövlət müavinət ödəməlidir?! Yəni bu, mənası olmayan fikirlərdir. Azərbaycan heç kimdən xahiş etmir ki, gəl, vətəndaşlığımı qəbul et, tabeliyimdə yaşa. Azərbaycan, ilk növbədə, Konstitusiyasına əsaslanır, sonra da beynəlxalq hüquqa. O, BMT Nizamnaməsinə əsaslanaraq deyir ki, ərazimdə yaşayan kim varsa, ya mənim qanunlarımı qəbul edib, vətəndaşım kimi yaşamalı, ya da əcnəbi vətəndaş kimi ərazimi tərk etməlidir. Könüllü tərk etməsə, onu ərazimizdən çıxarmağa məcburdur.

Əmindir ki, 44 günlük müharibədə ərazimizin 99%-i erməni işğalından azad edildiyi kimi, qanun çərçivəsində həm yumşaq yolla, həm də güc tətbiq etməklə ərazimizin separatçıların nəzarətində qalan hissəsini də onlardan təmizləyəcəyik. Əgər orada 1988-ci ilə qədər yaşayan mülki insanlar bu illərə qədər Azərbaycan xalqına qarşı cinayət törətməyiblərsə, terrorçuluqla məşğul olmayıblarsa, qanunlarımızı qəbul etsinlər və 1988-ci ilə qədər necə yaşayırdılarsa, bundan sonra da elə yaşasınlar. Yox, yaşamaq istəmirlərsə, bizi bəyənmirlərsə, yol açıqdır. Ermənilərin öz dövləti var. Getsinlər oraya, yaxud getsinlər Makronun yanına. Onsuz da bunlar it sürüsü kimi dünyanın hər yerinə yayılıblar və bunları himayə edənlər çoxdur. Az qala özlərinə Şimali Qafqazda belə dövlət yaradalar”.

Həmçinin oxuyun

“İran Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayır” – Kənani

“İran Azərbaycan və Ermənistan arasında delimitasiya komissiyasının iclasında əldə olunmuş razılaşmaları alqışlayır və tərəfləri regionda …