Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Azərbaycan “Putin İttifaqı”na daxil olmağı istisna etmir

Azərbaycan “Putin İttifaqı”na daxil olmağı istisna etmir

Azərbaycan Avrasiya İqtisadi İttifaqına daxil olmağı istisna etmir.

Bunu “Sputnik” agentliyinə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda BMT-nin Baş Assambleyası çərçivəsindəki səfəri zamanı bildirib.

“Heç zaman heç zaman demə”, – deyə Azərbaycan XİN-in rəhbəri müvafiq suala cavab verərkən vurğulayıb və hal-hazırda onun ölkəsinin Avrasiya bloku ölkələri ilə çoxsaylı ikitərəfli münasibətlərin qurulmasına diqqət yönəltdiyini xatırladıb.

Xatırladaq ki, Qazaxıstan prezidenti daha öncə Azərbaycan, İran, Hindistan və Monqolustanın Avrasiya İqtisadi İttifaqı ilə əməkdaşlıq imkanlarını nəzərdən keçirdiklərini, Türkiyənin isə ittifaq ilə ticarət əlaqələri qurmaq arzusunu ifadə etdiyini bildirmişdi.

Onu da qeyd edək ki, Avrasiya İqtisadi İttifaqı Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənistanı birləşdirir.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın