Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Azərbaycan Prezidentinin mətbuat katibi 35 il sonra əsgər yoldaşını Özbəkistanda tapdı – VİDEO

Azərbaycan Prezidentinin mətbuat katibi 35 il sonra əsgər yoldaşını Özbəkistanda tapdı – VİDEO

Bir vaxtlar hərbi xidmətdə olan dostlar 35 ildən sonra yenidən görüşüblər.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov sosial şəbəkə hesabında dostların illər sonra görüşdüyü anın əks olduğunu görüntüləri paylaşıb.

“Bu videoda gördüyünüz Azərbaycan Prezidentinin mətbuat katibi Azər Qasımov və Özbəkistanın Xarəzm vilayətindən olan Uluqbek Matniyozovdur. Qardaşlar kimi bir-birlərini qucaqladılar, yaşadıqlarını, xidmət xatirələrini, həyatlarını, işlərini xatırladılar. Çox səmimi, gözyaşardıcı görüş oldu. Bu hadisə bu gün Xivədə, Özbəkistan və Azərbaycan prezidentlərinin şəhərə səfəri zamanı baş verib. Bu görüş özbək və Azərbaycan xalqları arasında dostluğun dərin köklərinə, talelərimizin necə bir-birinə bağlı olduğuna daha bir nümunədir. Sevinirik ki, azərbaycanlı həmkarımın özbək dostu ilə görüşmək arzusunu həyata keçirə bildik və onun ad günündə bu görüşü təşkil edə bildik. Dostluğumuz əbədidir”, – deyə S.Abbasov qeyd edib.

Həmin görüntüləri təqdim edirik:

https://player.baku.tv/embed/56185

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …