Ana səhifə / Siyasət / Azərbaycan millisinin ikincilik savaşı – “DÇ-2018”ə düşə biləcəyikmi?

Azərbaycan millisinin ikincilik savaşı – “DÇ-2018”ə düşə biləcəyikmi?

İqbal Ağazadə: “Möcüzə də ola bilər”; Aydın Bağırov: “2-ci yeri tutmaq şansımız qalacaq”
Bu günlərdə gözlər bir daha Azərbaycan milli komandasına dikilib. Gələn il Rusiyada keçiriləcək futbol üzrə Dünya Çempionatına millimizin qatılmaq şansları bir daha dəyərləndirilir. Qəzetimiz çapa gedərkən Azərbaycan yer aldığı C qrupunun lideri Almaniya yığması ilə qarşılaşırdı və bunun üçün nəticə məlum deyildi. Amma bununla belə ilkin rəylər var idi və əksəriyyət komandamızın uduzacağını proqnozlaşdırırdı.
7 xalla qrupda Şimali İrlandiya ilə ikinci və üçüncü pillələri bölüşən yığmamız Almaniya oyunu öncəsi sosial şəbəkələrin bir nömrəli müzakirə mövzusuna çevrilmişdi. Alman yığması ilə oyunun nəticəsindən asılı olmayaraq, Azərbaycanın qrupdan ikinci çıxmaq şanslarının son oyuna qədər sürəcəyini düşünənlər kifayət qədər çoxdur. Bu çoxluğa səbəb də, millimizin rəqiblərinə nisbətən ev oyunlarını daha çox keçirəcəyidir. Yalnız Norveç və Almaniya yığmaları ilə səfərdə görüşəcəyik. Almaniya qarşısında səfərdən xal qazanmağımız mümkünsüz görünsə də Bakıda 1-0 hesabı ilə qalib gəldiyimiz Norveç millisindən xallar və xal almağımız heç də imkansız deyil. Göründüyü kimi, tablo baxımından millimizin vəziyyəti ümidvericidir. Alman yığması ilə oyunlardan xalsız ayrılsaq belə, bunun hər şey demək olmadığını düşünməyən yoxdur. Çünki qrupda tək biz deyil, bütün ölkələr püşk atıldığı andan Almaniyadan xal almaq şanslarının olmadığını yaxşı görürlər. Qalır ikincilik savaşı…
Qeyd edək ki, futbolçularımıza oyun öncəsi Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən mükafat təyin olunmuşdu. Qələbə qazanacağı təqdirdə, əsas heyətin oyunçuları hərəyə 100 min, əvəzetməyə çıxmış futbolçular 75 min, ehtiyatda qalmış və personal üzrə oyunçular 50 min manat almalı idilər. Əgər Azərbaycan yığması heç-heçə oynasa, onda əsas heyətin futbolçuları 75 min alacaqdır. Matçın gedişində oyuna girən futbolçuya bu məbləğin 75, ehtiyatda olanlara və personala isə 50 faizi veriləcək.

Image result for Ağazadə
Almaniya oyunu öncəsi tanınmışların proqnozlarını aldıq. Futbolla yaxından maraqlanan və daim proqnozları ilə diqqət çəkən Ümid Partiyasının sədri İqbal Ağazadə Almaniya qarşısında çox zəif olduğumuzu düşünür: “Almaniya dünya və UEFA sıralamasında birinci yerdədir. Azərbaycan isə çox geridədir. Azərbaycanın uduzacağı bütün parametrlərə görə aydın görünür. Amma bu futboldur, möcüzə də ola bilər. Açığı, möcüzəyə ümid etmirəm. Hesab edirəm ki, Azərbaycan bu oyunda məğlub olacaq. Sadəcə çalışmaq lazımdır ki, rəqabət mühiti olan futbol olsun. Buna çox diqqət edirlər, dünya reytinqində və şərhlərdə. Bunun üçün Azərbaycan çalışmalıdır ki, yaxşı müqavimət göstərə bilsin, müqavimət göstərə bildiyi futbol oynasın. Qrupda olduğumuz hazırkı yer futbolçularda ümidlər yarada, oyuna təsir edə bilər. Bu xalların təsadüfi olmadığını göstərmək lazımdır. Çünki bildiyiniz kimi, Azərbaycanın qrupdakı mövqeyi və yeri böyük sensasiya yaratmışdı. Hesab edirəm ki, buna görə Azərbaycan burada ciddi müqavimət göstərsə, top vura bilsə, hərçənd bunu mümkünsüz hesab edirəm – ölkəmizin xeyrinə olar. Futbolda mükafat təyin olunması normaldır, belə həvəsləndirmə metodları çox olub. Ortada oyun faktoru varsa, həvəsləndirmə metodunun olması təbiidir”.

Image result for Aydın Bağırov
Qol.az saytının redaktoru Aydın Bağırov Almaniyaya məğlub olacağımız qənaətindədir: “Şəxsən mənim bugünkü oyunda milli komandamıza bir ümidim yoxdur. Reallıq budur ki, futbolda özümüzü Almaniya ilə bir cərgəyə qoya bilmərik. Uduzacağımzı düşünürəm. Ümumiyyətlə, məğlubiyyət olsa belə, bu, komandada ümumi əhval-ruhiyyəyə təsir etməyəcək. Nəzəri baxımdan qrupda 2-ci yeri tutmaq şansımız qalacaq. Həm də növbəti oyunumuz Bakıda hazırda ən əsas rəqibimiz olan Şimali İrlandiyaya qarşı olacaq. Ümidlərimizin üstündən tamamilə xətt çəkilməməsi üçün ancaq udmaq lazımdır. Onsuz da futbolçulara mükafat hər oyun təyin olunur. Berti Foqtsun da təsdiq etdiyi kimi, hətta uduzduğumuz oyunda da mükafat verilib. Bununla belə, mükafat hər zaman stimul olur. Amma Almaniya komandası ilə oyunda futbolçularıma ayrıca bir ada bağışlasalar da uda bilməyəcəklər. Möcüzə bu kimi oyunlar üçün deyil”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın