Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Azərbaycan Kommunistləri 9 Mayı belə qeyd etdilər…

Azərbaycan Kommunistləri 9 Mayı belə qeyd etdilər…

9 may 2019-cu ildə Azərbaycan Kommunist Partiyası ikinci dünya müharibəsində Sovet xalqının faşizm üzərində tarixi qələbəsinin 74-cü ildönümü münasibəti ilə təntənəli tədbir keçirib.

​Tədbirə Azərbaycan KP Mərkəzi Komitəsinin üzvləri,  AKP Bakı şəhəri rayon komitələrinin rəhbər işçiləri, komsomolçular, ziyalılar,veteranlar və Respublika ictimaiyyətinin nümayəndələri qatılıblar.

​Tədbir Bakı şəhərində Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin abidəsi önündə keçirilib. Təntənəli mərasimi KPİ-Sov.İKP Mərkəzi Şurasının üzvü, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Rauf Qurbanov  açaraq, tədbir iştirakçılarını 9 May qələbə bayramı münasibətilə səmimi qəlbdən təbrik etmiş, onlara müharibəsiz,xoşbəxt və firəvan həyat arzulayıb.

​Azərbaycan kommunistlərinin rəhbəri tədbirdə geniş məzmunlu çıxış edərək mitinq iştirakçılarına Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin əldə olunmasında Sovet  Azərbaycanının və Azərbaycan xalqının müstəsna xidmətlərindən , Kommunist Pariyasının rəhbərliyi altında beynəlmiləl şanlı sovet ordusunun dünyanı faşizm çumasından necə xilas etməsindən danışıb.

​Mitinq iştirakçıları Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin abidəsi önündə xatirə şəkilləri çəkdirmiş, abidənin önünə AKP MK adından əklil və tər qərənfil dəstələri qoyublar

​9 may faizim üzərində qələbənin 74-cü ildönümü ilə əlaqədar tədbirlər

Azərbaycan Kommunist Partiyasının fəaliyyətdə olan bütün rayon-şəhər təşkilatlarında keçirilib. 

AKP MK mətbuat xidməti

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …