Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / “Azərbaycan İsrailin müasir silahlarına maraq göstərir”

“Azərbaycan İsrailin müasir silahlarına maraq göstərir”

Azərbaycanın Silahlı Qüvvələrinin baş qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqovun Təl-Əvivə səfəri İsrailin ölkəmiz üçün önəmi məsələsini yenidən gündəmə gətirib. İsraillə əməkdaşlığı ölkəmizin müdafiə və təhlükəsizlik imkanlarını genişləndirmək baxımından önəmli hesab edən əksər siyasilərin fikrincə, bu əməkdaşlığın gələcək perspektivi də kifayət qədər böyükdür.
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Aydın Mirzəzadə ölkəmizin İsraillə əməkdaşlıqda maraqlı olduğunu qeyd etdi:
Azərbaycan və İsrail bir-birinə yaxın olan ölkələrdir. Bu ölkələrin bir sıra beynəlxalq  məsələlərdə mövqeləri üst-üstə düşür. Həmçinin, Azərbaycan İsrailin müasir silahlarına maraq göstərir. Bu baxımdan, Müdafiə Nazirliyimizin yüksək rəsmisinin İsrailə səfəri iki ölkə arasında hərbi əlaqələrin genşlənməsinə müsbət təsir edəcək”.

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …