Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Azərbaycan insan haqları müdafiəçilərinin “TURAN” İA-nin rəhbəri Mehman Əliyevin həbsi ilə bağlı bəyanatı

Azərbaycan insan haqları müdafiəçilərinin “TURAN” İA-nin rəhbəri Mehman Əliyevin həbsi ilə bağlı bəyanatı

Bir qrup hüquq müdafiəçisi bəyanat yayıb. Musavat.com -un redaksiyasına göndərilən bəyanatda bunlar var:

***
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevə qarşı Cinayət Məcəlləsinin ağır cinayət xarakterli maddələri ilə cinayət işi qaldırılması, haqqında həbs qəti imkan tədbirinin seçilməsi müstəqil Azərbaycan dövlətinin maraqlarına xidmət etmir.
Mehman Əliyevin yaratdığı və başçılıq etdiyi “Turan” İnformasiya Agentliyi Azərbaycanın müstəqillik tarixində müstəsna yeri olan nüfuzlu media quruluşudur. Yüksək professionallığı, obyektivliyi, olaylara qərəzsiz yanaşması ilə “Turan” beynəlxalq media məkanında qəbul edilən seçkin media quruluşudur. Təsadüfi deyil ki, agentliyin informasiyalarını ABŞ administrasiyası, Avropa ölkələrinin hökumətləri, beynəlxalq qurumlar alternativ informasiya kimi qəbul edərək, uzun illər “Turan”la əməkdaşlıq edirlər.
27 ildir Azərbaycanda azad sözün, demokratiyanın keşiyində dayanan media quruluşunun bağlanması, onun rəhbərinin həbs edilməsi Azərbaycanda demokratik prosesə ağır zərbədir. Biz – insan haqları müdafiəçiləri olaraq ölkə rəhbərliyini Mehman Əliyevin həbsi ilə bağlı prosesi nəzarətinə götürməyə çağırırıq. Ümid edirik ki, dövlət başçısının iradəsi ilə Azərbaycanın beynəlxaq nüfuzuna ciddi zərbə ola biləcək bu yanlış addımı düzəltmək mümkün olacaq.

Novella Cəfəroğlu
Səidə Qocamanlı
Səadət Bənənyarlı
Arzu Abdullayeva 
Mirvari Qəhrəmanlı
Əvəz Həsənov
Zəlihə Tahirova
Eldar Zeynalov

 

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın