Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / “Azərbaycan hərbi əməliyyatlara başlaya bilər” – ŞƏRH

“Azərbaycan hərbi əməliyyatlara başlaya bilər” – ŞƏRH

Bəzi hərbi “ekspertlərin” sensasiya xatirinə ordumuz Xankəndiyə nəzarət edir demələri, digərinin əlini masaya çırpıb ermənilərə 48 saatlıq ultimatum verməsi qeyri-ciddi hərəkətlərdir. Bir daha altını cizim ki, heç bir KİV Qarabağdan xəbər ötürmür. Qarşı tərəfin yaydığı görüntülərdə də bu günə qədər doğru-düzgün, ciddi bir şey yoxdur.

Dünən Rusiya MN-nin məlum açıqlamasından sonra Azərbaycanın cavabı bir növ “öz ərazimizdir, özümüz bilərik” mesajı idi. Ardınca Ukrayna rəsmiləri dedilər ki, Ermənistan Rusiyadan hərbi yardım istəyib, lakin ruslar Qarabağdakı qüvvələrinin bir qismini Ukraynaya göndərib, özlərinə yardım edən lazımdır.

Xatırlayırsınızsa, 44 günlük müharibədə 10 oktyabr humanitar atəşkəsindən sonra müharibə davam etsə də, tərəflər hər gün “atəşkəsə əməl olunur” deyə açıqlama yayırdı?

İndi toqquşmalar olsa belə, “üçtərəfli bəyanata əməl olunur” deyiləcək.

Bəs müharibə ehtimalı varmı? Məncə var və çox yüksəkdir. Bu Rusiya sülhməramlılarına zərər yetirmədən, erməni hədəflərini dəqiq zərbələrlə məhv edərək onların mövqelərində yerləşmək əməliyyatı da ola bilər.

Amma indiki şəraitdə Azərbaycan buna gedərmi? Rusiya üçün ikinci problem yaradarmı? Edərsə nə baş verər?

Məncə hazırkı tarixi fürsət 2020-nin sentyabrına çox bənzəyir. Yəni dünyanın başı daha böyük problemə qarışıb, Rusiya ikinci cəbhə istəmir, hətta hesab edirəm Azərbaycan Qarabağda irimiqyaslı əməliyyat keçirsə də Rusiya Ermənistana nə dəstək verəcək, nə Azərbaycana güc tətbiq edəcək. Çünki Ukraynada onun taleyi, dövlətçilik reputasiyası həll olunur. Qarabağa gəlincə ən pis halda “Bu Azərbaycanın daxili işidir” deyib yaxasını kənara çəkə bilər ki, bunu indiyədək bir dəfə edib. Başqa bir məqam. Rusiya Ukraynanın öhdəsindən gələ bilmir, Türkiyə ilə heç başa çıxa bilməz. Odur ki, bu toqquşmdan qaçmaq üçün Qafqazda öz nüfuz zonasını hansısa Qərb dövlətinə yox, Rusiyaya münasibətdə neytral olan Türkiyəyə güzəştə getməli olacaq.

Digər tərəfdən Qərb sırf Rusiya ilə Türkiyəni vuruşdurmaq üçün Qarabağdakı müharibəyə səssiz qalacaq. Yəni təzyiqlər olmayacaq və ya az olacaq. Həm də bu gün Avropanın Azərbaycan qazına hava-su kimi ehtiyacı var. Beş-üç ermənipərəst onlara qahmar duracaq, sanksiya ilə filan hədələyib susacaqlar. Və son olaraq ermənilər bu dəfə də şələ-şülələrini yığıb qaçsalar İsa Məsih də göydən enib onlara zəmanət versə ki, qayıdın sizi qoruyacağam, onlar qayıdan deyillər.

Bəs yerdə qalan torpaqlarımızın dinc yolla qaytarılması mümkündürmü?

Təəssüf ki, yox. Əks halda Rusiya həm bəyanatı pozmuş, həm müttəfiqini satmış bir imicə sahib olur. Yəni bölgədə sülh pozulmalı, tərəflər qısamüddətli savaşmalı, biri-digərinə qalib gəlib yenidən masaya oturmalıdır. Belə olan halda günah sülhməramlıda yox, savaşan tərəflərin boynunda qalacaq. Müharibə isə il yarım əvvəl hərbi potensialının böyük hissəsini itirmiş və hazırda Rusiyanın hərbi yardımından əli üzülən Ermənistan üçün ölümcül nəticələrə səbəb ola bilər. KONKRET.az

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …