Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Azərbaycan-Gürcüstan sərhədində mübahisələrə görə növbəti gərginlik

Azərbaycan-Gürcüstan sərhədində mübahisələrə görə növbəti gərginlik

“David Qareci” monastır kompleksi yaxınlığında yol tikintisi Gürcüstan və Azərbaycan sərhədində gərginliyin yenidən artmasına səbəb olub. Azərbaycan tərəfi kompleksin ərazisində motosiklet yürüşü elan etdi, Gürcüstanlı fəalları isə cavab tədbirinin anonsunu verdilər.

Gürcüstanda gürcü-Azərbaycan sərhədinin mübahisəli sahəsi ilə bağlı, harada ki, “David Qareci” (“Keşikçi Dağ”) monastır kompleksi yerləşir, ehtiraslar sakitləşmək bilmir.

Virtualaz.org “Kavkazskiq uzel”ə istinadən bildirir ki, gürcü fəalları məbədlərdən birinə yaxın yerdə-Azərbaycan tərəfində ağır texnikanın işləməsinə etiraz edirlər.

Bir gün əvvəl Bakıda Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyanın ikigünlük iclası başa çatıb.

Gürcüstanda əmindirlər ki, Azərbaycan tərəfi “Keşikçi Dağ” kompleksi məbədlərinə yol çəkmək niyyətindədir. Azərbaycanda “Keşikçi Dağ”ı xristian Qafqaz Albaniyasının mirası kimi dövlət tarixi-mədəni qoruğu hesab edirlər.

Və belə bir məqamda, 28 mayda-Azərbaycanda birinci respublikanın yaradılmasının bayram edilməsi günündə, qoruqda avtorallinin keçirilməsi nəzərdə tutulub.

Eyni zamanda “Güc birlikdədir” hərəkatının lideri David Katsarava, Gürcüstan əhalisini 28 mayda monastırın Gürcüstan tərəfində toplaşmağa çağırıb.

Bir gün əvvəl isə xarici işlər naziri David Zalkaliani ictimaiyyəti sərhədin delimitasiyası üzrə İşçi komissiyanın nəticələrini gözləməyə çağırmışdı: “İnformasiya (yolla bağlı) komissiya çərçivəsində yenidən yoxlanılır. Bir daha hamını emosional bəyanatlardan çəkinməyə çağırmaq istəyirəm. Əgər kimsə düşünürsə ki, komissiya bizim dövlət maraqlarımızı nəzərə almayacaq qərar qəbul edəcək, çox səhv edir. Biz dövlət maraqlarımızdan və bizi bağlayan strateji münasibətlərdən çıxış edəcəyik”.

Eyni zamanda, Gürcüstan pravoslav kilsəsi də bəyanatla çıxış edərək, danışıqların mümkün mənfi nəticələrinə etinasızlıq göstərməməyə və monastır kompleksinin bir hissəsinə nəzarətin Bakıda qalması ilə barışmamağa çağırıb.

Gürcüstanın baş naziri Mamuka Baxtadze də bəyanatla çıxış edib və xüsusi vurğulayıb ki, monastır problemi üzrə heç bir pərdəarxası saziş olmayacaq.

Azərbaycanla strateji və dostluq əlaqələrini xatırladaraq, Gürcüstan hökumətinin rəhbəri aqressiv ifadələrin müəlliflərini cəmiyyətin duyğuları ilə oynamamağa, populist və siyasi cəhətdən düzgün olmayan bəyanatlar verməkdən çəkinməyə çağırıb.

“Keşikçi Dağ” ətrafında vəziyyət təxminən iki həftə əvvəl gərginləşib. O vaxt Gürcüstan tərəfinin bəzi nümayəndələri bildirdilər ki, Azərbaycan sərhədçiləri öz ərazilərində olan mağara kompleksinin dini obyektlərinə keçidi məhdudlaşdırıblar.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva həmin informasiyanı şərh edərkən bildirmişdi ki, rəsmi Bakı həmişə Azərbaycan-Gürcüstan sərhədinin tezliklə delimitasiya olunmasının tərəfdarı olub: “Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası, beynəlxalq təcrübədə tətbiq edilən qaydalara uyğun olaraq, qarşılıqlı əlaqələndirmə proseduraları əsasında mövcud ikitərəfli formatlar çərçivəsində həll olunur. Azərbaycan həmişə Azərbaycan-Gürcüstan sərhədinin tezliklə delimitasiya olunmasının tərəfdarı olub. Azərbaycan bu prosesi ən qısa müddət ərzində başa çatdırmağa hazırdır”.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …