Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / “Azərbaycan Fransa ilə diplomatik əlaqələri kəsməli, səfir qovulmalıdır”

“Azərbaycan Fransa ilə diplomatik əlaqələri kəsməli, səfir qovulmalıdır”

Fransa Senatının Azərbaycanla bağlı qəbul etdiyi bədnam qətnamə diplomatik münasibətlərə ziddir.

Bu, bizi hiddətləndirib, dözülməz haldır, xəyanətdir! Avropanın Azərbaycana yalvararaq qışda donmamaq üçün Azərbaycan qazına möhtac olduğunu görünür unudub.

Azərbaycan Fransaya sanksiya tətbiq edə bilər, Fransa yox…

Avropa, başda da Fransa unutmasın ki, Azərbaycan qazına onlar möhtacdırlar…

Fransanın bu addımı münasibətlərə kölgə salır.

Azərbaycan Fransa ilə diplomati əlaqələri kəsməlidir. Bu yaramaz, siyasi əxlaqa zidd sənədə qarşılıq verilməlidir. Fransanın dövlət rəsmiləri “persona non grata” elan edilməlidir.

Bədnam qətnamə ilə bağlı rəhbərlik etdiyim partiyanın İdarə Heyətinin növbədənkənar toplantısı çağrılıb. Sabah keçiriləcək toplantıda Fransanın Bakıdakı səfirliyinin binasının qarşısında etiraz aksiyalarının keçirilməsi müzakirə ediləcək.

Buradan hökümət nümayəndələrinə səslənirəm: Fransanın Azərbaycandakı səfiri ölkədən qovulmalıdır. Ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə hörmətlə yanaşmayan dövlətin Bakıda diplomatik korpusu və nümayəndəsi olmamalıdır. Hesab edirəm ki, bu məlum qətnaməyə sərt reaksiya verilməlidir.

Azərbaycanla düşmən olan hər bir dövlət bilməlidir ki, müxalifət milli maraqlar məsələsində iqtidarın yanındadır!

Ağasif Şakiroğlu
Gələcək Azərbaycan Partiyasının sədri

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …