Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Azərbaycan Fransa İctimai Televiziyasını ittiham edir

Azərbaycan Fransa İctimai Televiziyasını ittiham edir

Azərbaycan məhkəmə qaydasında fransız ictimai telekanalı “France 2”yə və jurnalist Eliza Lyusiyə qarşı təhqiqata başlayıb.

Virtualaz.org “StandardRepublic” nəşrinə istinadən bildirir ki, buna səbəb onların Azərbaycan rejimini “diktatura” adlandırmaları olub.

Məlum olub ki, “France 2”nin jurnalistləri (Eliza Lyusidən başqa Loran Rişarın da adı hallanır) 2015-ci ilin sentyabrında Azərbaycanla bağlı qərəzli reportaj hazırlayıblar və faktiki olaraq ona böhtan atıblar.

Azərbaycan tərəfinin vəkili Olivye Pardo efirə çıxmış həmin reportajı “Azərbaycandakı real vəziyyəti əks etdirmədiyi üçün” qınayıb.

Azərbaycan bir avro məbləğində simvolik kompensasiya tələb edib. Hər iki jurnalistə isə 12000 avro məbləğində cərimə kəsilə bilər.

Kanalın müdafiəsinin nümayəndəsi Jan Kastellyan öz növbəsində bildirib ki, iddianın yolverilməzliyi haqqında prosessual məsələ qaldıracaq, çünki Azərbaycan dövlətdir və mülki şəxslə haqq- hesab apara bilməz.

Başqa sözlə, böhtan haqqında işdən imtina oluna bilər.

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …

Bir cavab yazın