Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / “Azərbaycan dəhlizi hərb yolu ilə aça bilər” – “Hraparak”

“Azərbaycan dəhlizi hərb yolu ilə aça bilər” – “Hraparak”

Praqa görüşünün nəticələri Ermənistan hökumətinin yuxarı eşelonunun nümayəndələri üçün əsl “sürpriz” olub.

Bu barədə Ermənistanın “Hraparak” qəzeti bildirib.
“Fakt budur ki, Nikol Paşinyan Çexiya paytaxtına getməzdən əvvəl onları əmin etdi ki, Qərbin və xüsusən də ABŞ-ın səyləri sayəsində “dəhliz” mövzusu artıq danışıqların gündəliyində deyil. Lakin Praqadan qayıdandan sonra Paşinyan komandasının üzvlərinə deyib ki, Əliyev yolların açılmasının əleyhinədir – o, məhz dəhlizin açılmasında israrlıdır” – deyə “Hraparak” qeyd edir.

Məqalə müəllifinin sözlərinə görə, bu o deməkdir ki, Azərbaycan sülh müqaviləsinin imzalanması prosesini ləğv edə və dəhlizi güc yolu ilə açmağa cəhd edə bilər.

BakuPost

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …