Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Azərbaycan Çexiya üçün vacib strateji tərəfdaşdır – Səfir

Azərbaycan Çexiya üçün vacib strateji tərəfdaşdır – Səfir

Çex Respublikası Azərbaycanla əməkdaşlığın inkişafına böyük önəm verir.

Trend-in məlumatına görə, bunu Çexiyanın ölkəmizdəki səfiri Milan Ekert Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşündə deyib.

Səfir bildirib ki, Azərbaycan Çexiya üçün vacib strateji tərəfdaşdır. Səfir deyib ki, onun təmsil etdiyi ölkə Azərbaycanla ikitərəfli və çoxtərəfli formatda münasibətlərin dərinləşməsində maraqlıdır. Siyasi, iqtisadi, ticari və humanitar sahələrdə əlaqələrimizin inkişafı xalqlarımızın rifahına xidmət edir.

Səfir Cənubi Qafqazın bu bölgəsində baş verən prosesləri yaxından izlədiklərini dilə gətirərək, Dağlıq Qarabağ probleminin tezliklə aradan qalxacağına inamını ifadə edib.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …