Ana səhifə / Siyasət / “Azərbaycan bu ilin sonunadək Xankəndi və ətraf rayonların azad edilməsi problemini həll etməlidir”

“Azərbaycan bu ilin sonunadək Xankəndi və ətraf rayonların azad edilməsi problemini həll etməlidir”

“Azərbaycan ən geci bu ilin sonunadək Xankəndi və ətraf rayonların azad edilməsi və özünü erməni milləti hesab edən Azərbaycan vətəndaşlarının problemini bir dəfəlik həll etməlidir.”

Bu fikirləri eks-spiker Rəsul Quliyev “Facebook” səhifəsində paylaşıb:

Bu iş maksimum oktyabrın sonunadək başa çatmalıdır. Ondan sonra qısa bir müddətə bu adamların həqiqətən Azərbaycanın Qarabağ regionunda anadan olduğu və yaşadığı sübuta çatdırılmalı və Azərbaycanda yaşamaq istəyən, Azərbaycan ərazisində heç bir cinayət işlətməmiş, Azərbaycan xalqına qarşı silah istifadə etməmiş şəxslərə Azərbaycan vətəndaşlığı verilməlidir. Kimlərsə vətəndaş olmaq istəmirsə ancaq mülkiyyətlərini satıb Azərbaycandan köçmək istədiklərini elan edirlərsə, onu təşkil etmək lazımdır. Onların Azərbaycandan getməklərini nəzarət altında təşkil etmək mütləqdir. Dekabr ayında Rusiya sülhməramlılarının Azərbaycanı tərk etmələri təmin edilməlidir. Azərbaycan höküməti 2023-cü ildə Qarabağda ərazi inzibatı reforması həyata keçirməli, Şuşa və Xankəndi bu regionun əsas şəhərləri elan etməlidir.

Əminəm ki, bu gün ortaya qoyulmuş dəmir iradə ilə yürüdülən siyasət vasitəsilə bunu təmin etmək mümkündür…”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …