Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Azərbaycan beynəlxalq səviyyəli təxribatdan necə qurtuldu – Mxitaryan bəlasını belə adlatdıq…

Azərbaycan beynəlxalq səviyyəli təxribatdan necə qurtuldu – Mxitaryan bəlasını belə adlatdıq…

Amerika mediasından sərsəm iddia: “Dağlıq Qarabağ əhalisinin 95 faizi erməni idi”

“Arsenal”ın erməni əsilli yarımmüdafiəçisi Henrix Mxitaryanın soyadı yazılmış idman köynəkləri geyib Bakıda fırlanan azarkeşlərin polis tərəfindən saxlanılmasını əks etdirən video kadırlar bütün dünyanı dolaşdı. Düşünün ki, İsveçrənin “Bilick” qəzeti də bu barədə yazıb və həmin çəkilişi paylaşıb. Əminəm ki, arxasına Mxitaryan yazılmış idman köynəkləri geyənlərin bəlli bir məqsədi olub. Təxribat törədib həmin kadırları bütün dünyaya yaymaq istədilər. Alınmadı.

“Blick” qəzetində gedən yazını başlığı isə belədir: “Mchitarjan-Fans von Polizei in Aserbaidschan kontrolliert” (Mxitaryanın azarkeşləri Azərbaycanda polis tərəfindən yoxlanıldı). 

Düşünün ki, Mxitaryanın azarkeşləri Azərbaycanda polis tərəfindən qaba rəftar görsəydi və ya yerli sakinlər tərəfindən döyülsəydi dünyada nə həngamə qopardı.



Özü də bu təxribat təkcə azarkeşlər tərəfindən hazırlanmamışdı. Görün, Almaniyanın ən nüfuzlu nəşri olan “Deutsche Well” nə yazır: “”Arsenal” klubunun oyunçuları Henrix Mxitaryanla həmrəylik nümayiş etdirməyə cəhd göstərdi. Ancaq UEFA “Çelsi” ilə final ərəfəsində onlara üzərində Henrix Mxitaryan yazılmış idman köynəkləri ilə yaşıl meydana çıxıb məşq etməyi qadağan etdi. “Arsenal”ın oyunçuları bütün dünyaya nümayiş etdirmək istəyirdi ki, onların erməni əsilli komanda yoldaşı Henrix Mxitaryan təhlükəsizlik səbəbindən Bakıya gələ bilməyib”.

mxitar.PNG (513 KB)



Yəni, UEFA bu işə müdaxilə etməsəydi “Arsenal”ın oyunçuları məşq zamanı bütün dünya üçün ermənilərə sevgi dolu tamaşa nümayiş etdirəcəkdi. 

Görün, “The Economist” nə yazır. İş o yerə çatıb ki, iqtisadiyyatla bağlı olan bu qəzet də bu mövzuya əla atmağı lazım bilib. Qəzet yazır: “30 yaşlı Henrix Mxitaryan sıradan bir erməni deyil. O, rekord sayda-8 dəfə Ermənistanin ən yaxşı futbolçusu elan olunub”.

Qəzet bildirir ki, Henrix Mxitaryan və “Arsenal” klubu birgə qərar qəbul edib ki, o, Bakıya getməsin. “Arsenal” bəyan edib ki, klub UEFA-dan qəbul olunması mümkün olmayan qarantiya alıb. Bu, kifayət deyildi.

Image: Arsenal's Henrikh Mkhitaryan during the warm up before a match against Brighton



Bir daha qeyd edək ki, Britaniya mətbuatı onu da yazmışdı ki, Henrix Mxitaryan “Arsenal”dan gedir. Bəlkə də bundan sonra cəmi bir dəfə meydana çıxacaq. Məşqçi onun oyunundan narazıdır…

Amerikanın “NBC News” nəşri isə gül vurub. Henrix Mxitaryan məsələsindən istifadə edərək həyasız şəkildə yalan yazırlar: “Sovet İttifaqı dönəmində region (Dağlıq Qarabağ) Azərbaycana məxsus olub. Ancaq orada yaşayanların 95 (?) faizi erməni idi”…

“NBC News” bizi aşağılamaq məqsədi ilə onu da vurğulayır ki, Azərbaycan FİFA siyahısında Kenya və Madaqasqardan sonra gəlir və 108-ci yerdə qərar tutub. Əlbəttə, bu göstərici Azərbaycan futbolu üçün arzu olunan deyil və bu istiqamətdə ciddi iş görülməlidir…
Şübhəsiz ki, Azərbaycana qarşı başlayan bu çirkin kampaniyanın episentri Britaniya idi. Məhz Britaniya mediasının öndərliyi ilə millətimizə düşmən olan qüvvələr min oyundan çıxırdı.

Aliyev was fatally attacked after his criticism of an Azerbaijan player

Rasim Əliyev

İş o yerə çatmışdı ki, Britaniyanın “The Times” qəzeti 4 il əvvəl bir qrup xuliqan tərəfindən öldürülmüş jurnalist Rasim Əliyevlə bağlı məsələ barədə ayrıca məqalə hazırlamışdı. “Qəbələ” futbol klubunun oyunçusu Cavid Hüseynovun təhriki ilə həyata keçmiş cinayətin detallarını gündəmə getirmişdi. Məhz belə bir fonda Bakı Olimpiya Stadionunda “Arsenal” ilə “Çelsi” futbol klublarının final görüşündə iştirak etməkdən imtina edən Henrix Mxitaryanın qərarına bəraət qazandırılırdı. Heç bir jurnalist yazmadı ki, bu adam “Arsenal” üçün fədakarlığa hazır deyil. Dövlət səviyyəsində verilmiş təhlükəsizlik qarantiyasına baxmayaraq onun aşırı qorxaqlıq nümayiş etdirməsi “Arsenal”ı məğlubiyyətə sürüklüyə bilər. (Elə elə də oldu).

Yaxşı qurtardıq. Britaniyanın ölkəmizə qarşı apardığı çirkin təbliğata rəğmən 1 milyard insanın seyr etdiyi final Bakıda yüksək səviyyədə keçirildi. Britaniya mətbuatına min hoqqan çıxmaq üçün elə bir əsas vermədik. 

Bir məqama da toxunum. 70 min nəfər tutan Bakı Olimpiya Stadionunun tikintisi bir çoxları tərəfindən etirazla qarşılandı. Elə mən özüm də son dərəcə bahalı olan bu stadiona xərclənən vəsaitin daha vacib sahələrə ayrılmasını məqsədə müvafiq sayırdım. Ancaq stadion FİFA və UEFA-nın yüksək texniki tövsiyələrini və elit stadionlar üçün öhdəçilikləri ödəməklə inşa edildi və avtomatik olaraq Avropa Futbol Çempionatlarına ev sahibliyi etmə şansı qazandıq. Belə bir stadionumuz olmasaydı UEFA Avropa Liqasının finalı Bakıda keçirilə bilərdimi? Bununla da məsələ bitmir. Gələn il həmin stadionda UEFA -2020 Avropa Çempionatının 3-cü qrup mərhələsi və 1/4 final mərhələsi oynanılacaq.

Image: Arsenal fans draped in flags in Baku, Azerbaijan



Ermənistanda belə bir stadion yoxdur. Yaxın gələcəkdə də olmayacaq. Ona görə də biz üstünlüyə malik olduğumuz sahələrdə mümkün qədər irəli getməliyik. Mayın 29-da UEFA Avropa Liqasının Bakıda keçirilən finalı ilə bağlı Qərb mediasında gedən anti-Azərbaycan xarakterli yazılar bir daha sübut etdi ki, Qarabağ savaşı yalnız Ermənistanla Azərbaycan arasında getmir. Bu savaş beynəlxalq güclərin də maraq dairəsindədir. Hər bir tərəf bu münaqişədən öz maraqları çərçivəsində yararlanmağa çalışır. ABŞ, Rusiya, Avropa Birliyi, İran… hətta Gürcüstan belə bu münaqişə üzərindən Azərbaycandan nəsə qopardır.

Ona görə də biz Qarabağla bağlı ən kiçik nüansları belə nəzərə almalıyıq. Bu kimi həssas məsələlərdə xüsusi ilə təmkinli olmaq lazımdır. 
Biz niyə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını azad edə bilmirik? Çünki Rusiya Ermənistanın yanındadır. Təkcə Rusiyamı? Əlbəttə, yox. Bütün Qərb ölkələri, bütövlükdə Xristian Dünyası Ermənistanı açıq və ya gizli şəkildə müdafiə edir. Yoxsa Azərbaycan əsgəri əlisilahsız getsə belə Ermənistanı tapdalayıb keçər.

Bəli, biz belə bir dünyada yaşayırıq. Mövcud reallıqlara arxa çevirərək yox, nəzərə alaraq hərəkət etmək lazımdır.
Musavat.com

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …