Ana səhifə / Siyasət / Azərbayca yeni nəsil pilotsuz uçuş aparatı istehsal edəcək

Azərbayca yeni nəsil pilotsuz uçuş aparatı istehsal edəcək

“2016-cı ildə Müdafiə Sənayesi Nazirliyinin 4 zavodunun 3 istehsal sahəsini istifadəyə verməyi nəzərdə tutmuşuq. Bu zavodlarda əsasən tank əleyhinə qumbaraatanlar üçün döyüş sursatlarının istehsalı planlaşdırılır”.

“Report”un xəbərinə görə, bunu jurnasitlərə açıqlamasında müdafiə sənayesi naziri Yavər Camalov deyib.
Nazir əlavə edib ki, 40-46 metrlik qumbaraatan və onların döyüş sursatları, müxtəlif tipli izburaxan patronlar, M6 M12 partlayıcı başlıqlar, tank və artilleriya üçün 6 növ mərmilər, həmçinin atıcı silahların lülələrinin istehsalı planlaşdırılır:

“Yeni nəsil pilotsuz uçuş aparatı (PUA) da istehsal olunacaq. Bu qurğu kəşfiyyat aparmaqla düşmən ordusunu məhv etmək üçün nəzərdə tutulub”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın