Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / “Azərbayan olmayacaq, olacaq Bakı quberniyası, İrəvan quberniyası…”

“Azərbayan olmayacaq, olacaq Bakı quberniyası, İrəvan quberniyası…”

Jirinovski daha sonra keçmiş SSRİ respublikalarının Rusiyaya birləşdirilməsinin bu respublikalara necə “sərfəli olacağını” əsaslandırmağa çalışıb. Deyib ki, belə olan halda həmin respublikalar “artıq nə varsa” hamısını Rusiyaya sata biləcəklər. Məsələn, Tacikistan Rusiyaya faraş kələm və çiyələk satacaq. Özbəkistanla Qırğızıstan arasında su problemi öz-özünə həll olunacaq. Çünki Rusiya sərhədləri ləğv edəcək və hamını “nə lazımsa onunla təmin edəcək”.

Jirinovski keçmiş SSRİ sərhədlərinin bərpa ediləcəyi halda Qarabağ probleminin də “öz-özünə həll olunacağını” deyib. “Budur, Qarabağ. Onlar heç vaxt bu məsələni həll edə bilməyəcəklər. Ermənistanla Azərbaycan arasında daim müharibə olacaq. Ancaq biz onların hamısını götürəndə nə Qarabağ olacaq, nə Azərbaycan. Olacaq Bakı quberniyası, İrəvan quberniyası, Tiflis quberniyası, Kutaisi quberniyası, çarın vaxtındakı kimi”-Jirinovski bildirib.

LDPR liderinin sözlərinə görə, Rusiyaya birləşməklə keçmiş sovet respublikalarının hamısı “xoşbəxt olacaqlar”. Çünki onların təhlükəsizliyi təmin olunacaq, perspektivləri yaranacaq, iş dalınca Rusiyaya qaçmalı olmayacaqlar. “Mən özüm Alma-Atada doğulmuşam, ora rus şəhəri,  Rusiyanın forpostu olub, Asiyada ən sadiq forpostu. Qazaxlar isə ancaq alaçıqlarda yaşayıb qoyun otarırdılar, qoyun yunundan corab, sviter toxuyurdular, ət tədarük edirdilər və s. Hamısını korlayan bolşeviklər oldu, onlara zorla təhsil, mədəniyyət verdi, nəticədə axışıb gəldilər Rusiyaya”-Jirinovski deyib.

*   *   *11:50

Rusiyada Liberal-Demokrat Partiyasının əvəzolunmaz lideri, ötən şənbə günü yenidən bu partiyanın lideri seçilən qalmaqallı siyasətçi Vladimir Jirinovski Kremlin mövqeyini təbliğ edən “Tsarqrad TV” kanalına müsahibə verib.

Virtualaz.org xəbər verir ki, Jirinovski telekanalın əməkdaşı Zaxar Prilepinin “Çay s Zaxarom” müəllim proqramında çıxış edərkən ABŞ prezident Donald Trampla Rusiya arasında mümkün sövdələşmə variantı haqda danışıb.

Jirinovski bildirib ki, əgər o, Rusiya prezidenti olsaydı Trampa sövdələşmə təklif edərdi: Rusiya İran və Çinlə münasibətləri ABŞ-ın istədiyi kimi qurur. Əvəzində ABŞ Rusiyanın keçmiş SSRİ respublikalarını özünə birləşdirməsinə, yəni SSRİ-nin sərhədlərini bərpa etməsinə mane olmur.

“Yəni bir növ alver. Tramp axı biznesmendir, bu cür sövdələşmə ona sərf edəcək. Həmin keçmiş sovet respublikaları görsələr ki, ABŞ qarışmır, özləri qaçıb Kremlin nəzarəti altına qayıdacaqlar. Yəni biz İran və Çinlə münasibətləri Trampın istədiyi kimi qururuq, o da əvəzində bizim bir il-i yarım ərzində keçmiş SSRİ-nin sərhədlərini bərpa etməyimizə göz yumur. Əslində bu sövdələşmədə biz daha çox güzəştə gedirik, nəinki Tramp. Ukrayna, Belarus, Pribaltika, Azərbaycan, Qazaxıstan onun nə vecinə, nəyinə lazımdır axı”-Jirinovski bildirib.

Vladimir Jirinovskinin fikrincə, Rusiyanın keçmiş SSRİ-nin sərhədlərini “dinc yolla” bərpa etməsinin qarşısında heç bir maneə olmayacaq. Çünki həmin keçmiş sovet respublikalarının əhalisinin özü bunu istəyir. “Onlar görsələr ki, ABŞ əlini çəkir, qarışmır, Rusiyaya birləşmək üçün özləri xahiş edəcəklər. Çünki əhali bunu istəyir, onlar SSRİ vaxtında daha yaxşı yaşayıblar. İndi isə pis yaşayırlar, varlılar yaxşı yaşayır, kasıblar isə indiki sistemi istəmir. Mən Qafqazda olmuşam, Qazaxıstanda yaşamışam, bilirəm ki, heç bir etiraz-filan olmayacaq. Xüsusən də SSRİ-nin ləğvi qanunsuz olub, Belovejsk sazişinin heç bir hüquqi qüvvəsi yoxdur”-qalmaqallı siyasətçi əlavə edib.

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …

Bir cavab yazın