Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Siyasət / “Azəravtoyol” ölkənin avtomobil yollarındakı vəziyyəti açıqladı

“Azəravtoyol” ölkənin avtomobil yollarındakı vəziyyəti açıqladı

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti ölkənin avtomobil yollarındakı vəziyyətlə bağlı məlumat yayıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Trend-ə bildirib ki, “Azəravtoyol” ASC-nin Bakı şəhərində balansında olan küçə və prospektlərdə, eləcə də respublikanın avtomobil yollarında avtonəqliyyat vasitələrinin hərəkətində hər hansı bir problem müşahidə olunmur: “Gecə və səhər saatlarında Bakı şəhərinin bəzi ərazilərində, həmçinin respublikanın dağlıq ərazilərdən keçən avtomobil yollarında buzlaşma qeydə alınmışdı. Nəticədə nəqliyyatın hərəkətində müəyyən çətinliklər yaşanırdı. Lakin ərazilərə cəlb olunmuş maşın və mexanizmlər vasitəsilə yollara duz-qum qarışığı səpilərək rahat və maneəsiz hərəkət təmin olunub”.

A.Nəcəfli deyib ki, bəzi sürücülərin yollara nasaz avtomobillərlə çıxması, avtonəqliyyat vasitəsini mövsümə uyğun olmayan şinlərlə idarə etməsi nəticəsində sözügedən avtomobillərin hərəkətində problemlər yaradıb.

Həmçinin oxuyun

“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa

“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi …

Bir cavab yazın