Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / “Azər Tağıyev mənlə mübarizə aparır” –  Şəfiqə Nağıyeva

“Azər Tağıyev mənlə mübarizə aparır” –  Şəfiqə Nağıyeva

Tanınmış vəkil Şəfiqə Nağıyeva Vəkillər Kollegiyasında fəaliyyətinin dayandırılması ilə bağlı qərara sərt reaksiya verib.

Qafqazinfo”ya açıqlama verən vəkil 1990- ci ildən Vəkillər Kollegiyasına işə girdiyini xatırladıb: “Həmin vaxtdan bəri Azər Tağıyev mənlə mübarizə aparır. O, Kollegiydan məni çıxartmaq üçün çox cəhdlər edir. Amma indiyə kimi buna nail ola bilməyib. Mən “Space”, “ATV”, “Xəzər” televiziyalarının efirində çıxış etmişəm. Azər Tağıyev bütün televiziyalara məlumatlar göndərir ki, məni efirə qoymasınlar. Bu adam məni, ümumiyyətlə isə tanınmış vəkillərin heç birini həzm edə bilmir.

Bu gün Azərbaycan vəkillərinin müdafiəyə ehtiyacı var. Aslan İsmayılovu, Xaliq Bağırovu, Namizəd Səfərovu, Müzəffər Baxışovu və digər şəxsləri kollegiyadan çıxartdı. Kollegiyada öz adamlarını saxlayır. Vəkillər Kollegiyasının İntizam Komissiyasının sədri Arif Rəsulov türməyə telefon aparmışdı. Təcridxanaya telefon aparan bir adamı bunlar müdafiə etdilər. Onun haqqında heç bir cinayət işi açılmadı. Deyildi ki, guya telefonu yaddan çıxıb cibdə qalıb. Bu necə ola bilər ki? Təcridxanada 20 dəfə adamı yoxlayırlar.

Azər Tağıyev Kollegiyada olanlara göz yumur. Rəyasət Heyətinin bir üzvü də özü ilə nə lazımdırsa təcridxanaya apardı. O da həbs olunmaq əvəzinə müdafiə olundu, cərimə ilə canını qurtardı. Fəaliyyətini dayandırmaq barədə qərar verilmədi. Bu yaxınlarda 6 saylı hüquq məsləhətxanasının müdirini işdən çıxardıb öz tələbə yoldaşını ora işə qoydu. 12 saylı hüquq məsləhətxanasənən müdiri Lətifə Əliyevanı da haqsız yerə işdən çıxartdı”.

Vəkil bildirib ki, vaxtilə “ATV”-in efirində üzü tamam yanmış bir qızı müdafiə edib: “Qızı evə köçürmək istəyirdim, qaynanası imkan vermirdi. Qaynanası da yazdı ki, guya mən ona məhkəmədə demişəm ki, şalvar geyinmisən. Bundan istifadə edən Azər Tağıyev mənim fəaliyyətimi 3 aylığa dondurdu.

Azər Tağıyev

Guya ki müdafiə etdiyim şəxsdən küllli miqdarda pul almışam. Yalandır. Bir nəfər kişini ortalığa salıblar. Bu kişinin gəlini qeyri- normal həyat tərzi keçirib, ona görə onu evdən qovublar. Mənim yanıma gəldilər ki, kömək edim, uşaqları atasının yanında saxlayaq. Həmin uşaqları atasına verdirdim. Sən demə ata da ruhi xəstə imiş. Mənə təşəkkür etdilər. Üstündən bir az keçəndən sonra mənim yanıma gəldilər ki, ev məsələsini həll edim. Dedim ki birincidə sizə pulsuz kömək elədim, ikinci də komissiyaya pul ödəmək lazımdır. Bunun üstündə həmin ailə ilə mübahisəsimiz düşdü. Onlar məni şantaj etməyə başladılar. Bu şantaj məsələsindən də Azər Tağıyev istifadə etdi.Nərimanov rayon prokurorluğu bu işi araşdırdı. Bu işin düzgün olmadığı barədə qərar verildi.

Bundan əlavə, deyirlər ki, iclaslara getmirəm, saymıram. Bunları məni nüfuzdan salmaq üçün edirlər. Mən xəstə qadınam. Heç məhkəmələrə də getmirəm, stasionar şəkildə müalicə olunuram. Mənsiz iclas keçiriblər. Bu gün mətbuatda haqqımda çıxarılan qərardan xəbər tutmuşam. Azər Tağıyev çıxartmaq üçün səbəb axtarır, tapmır, ona görə faəliyyətimi dayandırır, məni xəstəliyə salır, əsəbləşdirir. Bu kişi bir qadınla 92- ci ildən bəri mübarizə aparır. İndi mən qərarı alıb məhkəməyə müraciət edəcəm”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın