Ana səhifə / Siyasət / Azəbaycanlı hüquq müdafiəçisinə AŞ PA-da rəsmi xəbərdarlıq edildi… – VİDEO

Azəbaycanlı hüquq müdafiəçisinə AŞ PA-da rəsmi xəbərdarlıq edildi… – VİDEO

8-12 Aprel tarixlərində Fransanın Strasburq şəhərində keçirilən Avropa Şurası Parlament Assambleyasının Yaz Sessiyasında iştirak edən Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru, hüquq müdafiəçi Əhməd Şahidova AŞPA-da rəsmi xəbərdarlıq edilib.

Bu barədə hüquq müdafiəçisi özünün Facebook səhifəsində məlumat verib. Əhməd Şahidovun sözlərinə görə, aprelin 11-də AŞ PA binasına daxil olarkən onu 1 saat ərzində gözlədiblər və daha sonra AŞ PA rəhbərliyinin yanına aparıblar. Rəhbərlik azərbaycanlı hüquq müdafiəçisinin 2018-ci ilin yanvar ayında Ermənistan prezidenti Serj Sarkisyanın çıxışına mane olduğunu və bununla da daxili prosedur qaydalarını pozduğunu bildirib.

Bu hadisədən sonra Ermənistanın AŞPA-dakı nümayəndə heyəti azərbaycanlı hüquq müdafiəçisi barədə ölçü götürülməsi barədə məsələ qaldırıb: “Bugün Ermənistan baş naziri Nikol Paşinyan AŞ PA-da çıxış edərkən məni plenar iclasların keçirildiyi zala buraxmadılar və barəmdə Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin şikayəti olduğunu bildirdilər. Təhlükəsizlik Xidmətinin əməkdaşları məni AŞPA rəhbərliyinin yanına apardı və mənə rəsmi şəkildə xəbərdarlıq edildi. Bir daha belə halın təkrarlanacağı təqdirdə mənim Avropa institutlarına girişimin qadağan olunacağı deyildi. Bunu şəxsimə və ölkəmə qarşı ikili standart hesab edirəm və şiddətlə qınayıram…”. (Musavat.com)

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …