Ana səhifə / Siyasət / Aydın Quliyev:”Dövlət bayrağımızla bağlı Heydər Əliyevin böyuk bir istəyi hələ həyata keçirilməyib”

Aydın Quliyev:”Dövlət bayrağımızla bağlı Heydər Əliyevin böyuk bir istəyi hələ həyata keçirilməyib”

“Dövlət bayrağımızla bağlı Heydər Əliyevin böyuk bir  istəyi hələ həyata keçirilməyib” 

Bunu Baki-xeber.com-a saytın və eyniadlı qəzetin baş redaktoru Aydın Quliyev deyib. Baş redaktor deyib:”1990-cı ildə Naxçıvan Ali Məclisində üçrəngli bayraği Naxçıvanın dövlət bayrağı kimi qəbul etdirərkən Heydər Əliyev bunu daha dərin uzantıları olan bir dövlətçilik planının ilk addımı kimi həyata keçirdi. Ali Məclisin həmin iclasındakı çıxışında Azərbaycanın mərkəzi hökumətinə rəsmi müraciət etdi ki, Azərbaycanın dövlət rəmzləri yeni tarixi şəraitə uyğunlaşdırılsın. Sonra olanlar bəllidi. Üçrəngli bayraq Azərbaycanın dövlət bayrağı kimi qəbul edildi, ayrıca qanun qəbul olundu və s. Dövlət rəmzlərimizin institutlaşdırılması istiqamətində addımlar ardıcıl davam etdirildi, bu gün də proses irəliləyir. Bayrağa ümumxalq sevgisinin dərinləşdirilməsi üçün təbliğat-təşkilat işləri həyata keçirilir. Ancaq Heydər Əliyevin bir fikrinin hələ həyata keçmədiyini düşunurəm. Məşhur çıxlşlarının birində dəqiq deyib ki,”Azərbaycanın dövlət bayrağı hər evdə, hər ailədə olmalıdır”.Razılaşaq ki,dövlətçilik dəyərlərinin həm də ümumi ailə dəyərinə çevrilməsi üçün bunun misilsiz rolu ola bilər. Heydər Əliyev bayrağın hər bir evdə ən qiymətli ailə sərvətinə çevrilə biləcəyini öncədən görmüşdü. Ancaq bu gün heç də bütün ailələrdə bayraq saxlanmır,bəlkə tək -tək ailələrdə var. Söhbət süvenir bayraqdan yox, rəsmi standartlara uyğun əsl bayraqdan gedir. Evlərdə əsl dövlət bayrağının saxlanmasına qanuni maneçilik varsa, bunu aradan qaldırmaq lazımdır. Heç də bütün ailələrin əsl bayrağı almağa maddi imkanı olmadığı üçün bunu dövlət hesabına etməyin yolları axtarılsa çox yaxşı olar. Məsələn,rəsmi nikah kəsiləndə hər bir ailəyə cənab Prezidentin adından bir dövlət bayrağı hədiyyə edilə bilər. Bunun ailələr üçün ən böyük maddi hədiyyələrdən daha dəyərli və təsirli olacağina yəqin kimsə şübhə etməz. Hər bir vətəndaşın bayrağımlza daha ürəkdən bağlanması və onun qarşısında daha məsul olması ücün bu işləri görməyinə dəyər. Ailələrin əsl bayraqla təmin olunmasının başqa formaları da tapıla bilər. Forma önəmli deyil. Əsas odur ki,bu olsun”

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …