Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Aydın Mirzəzadə: “Amerika Türkiyəsiz beynəlxalq aləmdə rahat addımlaya bilməz”

Aydın Mirzəzadə: “Amerika Türkiyəsiz beynəlxalq aləmdə rahat addımlaya bilməz”

“ABŞ ilə Türkiyə arasında problem həll olunacaq”.

Bunu Sputnik Azərbaycan-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib.
“Türkiyə tamamilə düzgün olaraq öz suverenliyini qoruyan addım atıb. Bunu etməsəydi, beynəlxalq nüfuzunu itirərdi, ona qarşı edilən həmlələrdən çəkindiyini göstərərdi. Nə Amerika Türkiyəsiz, nə də Türkiyə Amerikasız bu gün beynəlxalq aləmdə rahat addımlaya bilər” — deyə o bildirib.
Qeyd edək ki, ABŞ Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. Türkiyə də rəsmi Vaşinqtonun qərarına cavab olaraq ABŞ vətəndaşlarına viza verilməsini dayandırıb.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …