Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Ayaz Mütəllibov: Baş verənlərə görə onlar məsuliyyət daşıyırlar

Ayaz Mütəllibov: Baş verənlərə görə onlar məsuliyyət daşıyırlar

“Dağlıq Qarabağın erməni yaraqlılarından təmizlənməsi üçün Çaykənd əməliyyatını keçirdiyimə görə Ermənistanda mənə hədsiz nifrət edirlər”.

Bunu virtualaz.org-a Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov bildirib.

Siyasətçi erməni ictimai xadim Marina Qriqoryanın onu qiyabi həbsə məhkum etmək və beynəlxalq axtarışa vermək tələbinə münasibət bildirərkən belə deyib.

“Təcavüzkar tərəfindən tutulmuş torpaqlarımızı azad etmək – bizim suveren hüququmuzdur. Nə o vaxt, nə də indi heç kəs Dağlıq Qarabağ üzərində Azərbaycanın yurisdiksiyasını ləğv etməyib”, – Azərbaycanın sabiq başçısı vurğulayıb.

A.Mütəllibov bildirib ki, Azərbaycan əraziləri erməni işğalı altındadır və beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasına görə məhz ermənilər məsuliyyət daşıyırlar.

“Əgər onlar Dağlıq Qarabağı zəbt ediblərsə, onda onun əhalisi ilə bağlı bütün baş vermişlərə və verənlərə görə cavab verməlidirlər. Qarabağ ətrafındakı ərazilərdə yaşayan azərbaycanlılar ermənilər tərəfindən daim terror aktlarına məruz qalırlar, Azərbaycan kəndləri atəşə tutulur, dinc sakinləri məhv olurlar”, – sabiq prezident xatırladıb.

1990-cı ilin yanvar hadisələrinə gəlincə, Mütəllibov bildirib ki, onunla birbaşa əlaqəsi ola bilməzdi: “Mən 1989-cu ilin yanvarında baş nazir təyin edilmişdim və sırf təsərrüfat məsələləri ilə məşğul olurdum”.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …