Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / AXCP sədri Müdafiə nazirliyimizi niyə “təkzib” edir?..

AXCP sədri Müdafiə nazirliyimizi niyə “təkzib” edir?..

Günümüzun gerçəkliyi belədir:
Müdafiə nazirliyimiz erməniləri, AXCP sədri Müdafiə nazirliyimizi təkzib edir.
Paradoksal vəziyyətdir… Bəlkə də paradoks-filan heç nə yoxdur…
Hərbi Hava Qüvvələrimiz erməni mətbuatına cavab verib: “Radiolokasiya stansiyaları ölkəmizin hava məkanını daim nəzarətdə saxlayır, hərəkət edən bütün aviasiya vasitələri izlənilir… İyunun 16-sı və 17-də xüsusi vasitələrlə çəkilmiş Xocalı aeroportunun foto və video görüntülərində qırıçı təyyarənin olması müşahidə edilmir”.

Əlbəttə, bəri başdan bəlliydi ki, Xankəndi üzərində düşmən qırıçılarının uçuşu barədə deyilənlər məqsədyönlü dezinformasiyadır.

Amma bu dezinformasiyaya rəsmi İrəvan göz yumur.

Erməni Müdafiə nazirliyi çınqırını çıxarmır.

Hərbi və mülki dairələr yalanı ictimaiyyətə ötürən mənbənin ağzından vurmur.

Heç bir müxalifətçı erməni çıxıb demir ki, bu Paşinyan iqtidarının növbəti şousudur.

Bir sözlə, ermənilər, iqtidarlı- müxalifətli, bir nəfər kimi öz mətbuatının (və hakimiyyətinin) yalanına sahib çıxır. Cünki, bu yalan erməninin ümumi amalına və işinə xidmət edir. Ola da bilər ki, erməni ictimai fikrində yaranmış “11 min hektarlıq boşluğu” kompensasiya etməyə hesablanıb.

Bizdə əksinədir.

Erməni yalanlarını cilalamaq bir yana…

Hərbi-siyasi həqiqətlərimizi yalana çıxarmaq üçün cəhd edilir…

Bir neçə-gün öncə Şərur rayonunun “Cünnüt” kəndi daxil, on bir min hektar ərazinin Naxçıvan hərbi birləşmələrinin nəzarətinə keçməyi haqda rəsmi məlumat verilir.

Məlumatın mürəkkəbi qurumamış “təkzib” gəlir.

Hardan gəlsə yaxşıdır?

Azərbaycan Xalq Cəbhəsi Partiyasından.

Похожее изображение

Partiya sədri yazır: “Naxçıvanda guya 11 min hektar torpaq sahəsinin Ermənistanın işğalından azad edilməsi haqda məlumat yalan idi. Bütün yalanlar kimi, bu da tez ifşa olundu. Məlum oldu ki, heç bir döyüşdən, torpaq azad etməkdən söhbət getmir”.

Bu, “iqtidarın şousudr” deyən AXCP sədri sual verir: “25 il ərzində bizə aid olan torpaqlar nəyə görə postları irəli çəkməklə nəzarətə götürülmürdü?”

Sualın çox sadə və dəqiq cavabı var: Bölgədə və cəbhədə hərbi-siyasi vəziyyət Azərbaycanın xeyrinə dəyişir.

Və Azərbaycan Ordusu vəziyyəti məqamında dəyərləndirir.

Ön mövqelərimiz irəliləyib, Hərbi postlarımız qabağa çəkilib.

İtkiyə məruz qalmadan, şəhid vermədən.

Bunun harası şoudur ki?

Azərbaycan ordusu 5 km yox, hətta bir metr belə irəliləyirsə, bu, ərazisinin iyirmi faizi işğal altında olan xalqın qəlbində fantastik və romantik duyğular oyadır, onun düşüncəsinə və yaddaşına təravət gətirir.

Похожее изображение

Bu hadısəni “şou” adlandırmaq yeni postunda və yeni səngərində hələ yerini isitməmiş Azərbaycan Əsgərinə arxadan açılan atəşdir .

Azərbaycan ordusunun kölgəsini qılınclamaq nə vaxtdan bəri müxalifətçilik hesab olunur?

Öz Milli Ordusuna qarşı çıxmağın adı nədir?

Liderin nitqində, hər kiçik addımında, hər kiçik açıqlamsında məğrur bir təmkin və alicənablıq olmalıdır.

Bu, siyasi liderliyin əlifbasıdır.

Yoxdursa, ambisiyalar onun özünü və partiyasını içəridən dağıdıb yeyər və çökdürər…

(1812-ci ildə Rusiya ilə müharibəni uduzmuş Napaleon Parisə qayıdarkən 5 milyonliq şəhər əsir düşməkdən güc-bəla ilə xilas olmuş az saylı, həm də məğlub fransız əsgərini və onun məğlub komandanını gül-çiçəklə, ayaq üstdə qarşılayırdı… Tarixçilər qeyd edir ki, mövcud olduğu müddətdə Paris belə təntənə yaşamamışdı…)

Qələbənin müqəddəm şərtidir, – qalib gəlmək istəyirsənsə Əsgərini həmişə qəhrəman kimi təsəvvür etməyi bacarmalısan.

“Hüququndan keçən” hər bir Azərbycan Əsgəri bir Qəhrəmandır!…

Təəsüf ki, erməni tezislərinin yerli KİV-lər və yerli “mütəxəssislər” tərəfindən tirajlanması ilk deyil.

Bir dəfə “ermənilər deyir ki, biz Yevlağa qədər gəlib çıxacağıq” statusunu yazan sosial şəbəkə istifadəçisinə etirazımı bildirmişdim:

“Niyə erməninin təsirinə düşürsünüz ki.. Azərbycan prezidenti deyir ki, biz İrəvana, Zəngəzura, Meğriyə qayıtmalıyıq. İlham Əliyevin fikirlərini paylaşın.”

Həmin sosial şəbəkə istifadəçi mənə yazmışdı ki, müəllim bu bizə sərf eləmir…

Niyə sərf eləmir ?

Siz azərbaycanlı deyilsiniz ki?.

Alqış Həsənoğlu

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …