Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / AXC-nin yubleyi ilə bağlı Milli Məclisin xüsusi iclası keçiriləcək

AXC-nin yubleyi ilə bağlı Milli Məclisin xüsusi iclası keçiriləcək

Milli Məclisin Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin yaranmasının 100 illik yubileyi münasibətilə keçirəcəyi xüsusi iclasının vaxtı məlum olub.

Sputnik Azərbaycan-ın məlumatına görə, iclas iyun ayının 8-də keçiriləcək.

Azərbaycan Prezidenti İlham Əliyev bir müddət əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında sərəncam imzalayıb. Sərəncamla Milli Məclisə Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin yaranmasının 100 illik yubileyi münasibətilə xüsusi iclasın keçirilməsi tövsiyə edilib.

Qeyd edək ki, prezident İlham Əliyev bu ilin yanvarın 10-da 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında sərəncam imzalayıb.

Həmçinin oxuyun

Dövlət başçısı : Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq

İkinci Qarabağ müharibəsindən dərhal sonra dörd kənd məsələsini qaldırdıq. Əslində, biz həmin kəndləri heç vaxt …