Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Avstriya xarici işlər naziri: “Şərq Tərəfdaşlığı” özünü doğrultmur”

Avstriya xarici işlər naziri: “Şərq Tərəfdaşlığı” özünü doğrultmur”

Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq hesab edir ki, “Şərq Tərəfdaşlığı” əməkdaşlıq formatı artıq işləmir.

O, bu barədə “Financial Times”a müsahibəsində bildirib.

“Şərq Tərəfdaşlığı” işləmir. O, mövcud deyil. Biz Aİ-nin qonşuluq siyasətinin bütün konsepsiyasına yenidən baxmalıyıq”, – Şallenberq bildirib.

Rusiyanın revanşist təhdidlərilə üz-üzə qalan Ukrayna, Moldova kimi ölkələrin gələcəyinə toxunan Avstriya rəsmisi qeyd edib: “Boşluq ola bilməz. Ya bizim, ya da başqalarının modeli olacaq”.

Xatırladaq ki, Aİ tərəfindən 2009-cu ildən tətbiq olunmuş “Şərq Tərəfdaşlığı” proqramının məqsədi Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna ilə əməkdaşlığı gücləndirmək olub.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …