Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / “Avropa Oyunlarına qarşı çıxanlar ermənidən də betərdir”

“Avropa Oyunlarına qarşı çıxanlar ermənidən də betərdir”

Milət vəkili Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında daxili və xarici qüvvələrin Avropa Oyunları qarşı kampaniya apardıqlarını qeyd edib.

“Qafqazinfo”-nun xəbərinə görə, S. Novruzov qeyd edib ki, bu yaxınlarda Korrupsiya məsələləri ilə bağlı “araşdırma” aparan komissiya Azərbaycanı korrupsiyada ittiham edib: “Azərbaycanda korrupsiyaya qarşı çox ciddi mübarizə aparılır. Bununla bağlı Korrupsiyaya qarşı Mübarizə İdarəsi də yaradılıb və onun fəaliyyəti də ortadadır. Bütün bunlar təsadüfi deyil. Hamısı Azərbaycana qarşı təzyiqə, Olimpiya Oyunlarına mane olmağa yönəlib. Bu qüvvələrin başında da ermənipərəst dairələr dayanır. Ancaq nə qədər cəhd etsələr də, ermənipərəst dairələlərlə əlbir olanların niyyətləri baş tutmayacaq”.

Spiker Oqtay Əsədov isə S. Novruzova belə cavab verib: “Ermənilər özləri bu idman oyununda iştirak edəcəklər. İndi ehtiyac varmı bunun müzakirəsinə?.. Bu, millət üçün bəllidir. Yarışa qarşı çıxanlar ermənilərdən də betərdir”.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın