Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Avropa Oyunlarına həsr olunmuş pul buraxıldı – Foto 

Avropa Oyunlarına həsr olunmuş pul buraxıldı – Foto 

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yüksək əyarlı müxtəlif qiymətli metallardan hazırlanmış xatirə pul nişanları tədavülə buraxılıb.   Axar.az Mərkəzi Bankın saytına istinadən xəbər verir ki, xatirə pul nişanları Böyük Britaniyanın “The Royal Mint” Kral Sikkəxanasında hazırlanıb.

Pul nişanlarının dizayn mövzusu 5 idman növünə həsr olunub, üz tərəfində hər bir idman növünün təsvirləri, arxa tərəfində isə Azərbaycan gerbi, aypara və milli ornamentlər əks etdirilib. Pul nişanları ən yüksək estetik tələblərə və beynəlxalq standartlara uyğun hazırlanıb.

Xatirə pul nişanlarının satışı kommersiya bankları və Avropa Oyunları üzrə satış məntəqələri vasitəsilə həyata keçirilir.

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …

Bir cavab yazın