Ana səhifə / Siyasət / Avropa Məhkəməsi Xədicə İsmayıl və 10 nəfərə görə Azərbaycanı cərimlədi – Qərarlar

Avropa Məhkəməsi Xədicə İsmayıl və 10 nəfərə görə Azərbaycanı cərimlədi – Qərarlar

Bu gün Avropa Məhkəməsi 11 Azərbaycan vətəndaşının şikayəti üzrə qərar çıxarıb.
Mia.az xəbər verir ki, bu barədə tanınmış vəkil Əsabəli Mustafayev məlumat verib.
Onun sözlərinə görə, həmin ərizəçilər aşağıdakılardır:
“Səxavət Mehtiyev –  Mənəvi və maddi zərərə görə kompensasiya 6480 avro
Azər Sadıqov- 6480 avro
Osman Əhmədov – 6480 avro
Tuncay Quliyev – 6000 avro
Cavid Hacıbəyli – 6000 avro
Tural Sadıqlı- 6000 avro
Kamalə Xəlilova – 6000 avro
Orxan Əyyubzadə – 6000 avro
Vüsal Bayramov -8850 avro
Bu işlər üzrə ümumilikdə hüquqi xidmətə görə əlavə olaraq 9 400 avro ayrılıb.
Digər vəkillərin apardıqları daha iki iş üzrə də qərarlar elan olunub:
Xədicə İsmayılova – mənəvi ziyana görə 4000 avro+ hüquqi xidmətə görə 2000 avro
Cavid Qarayev – mənəvi ziyana görə 4000 avro+ hüquqi xidmətə görə 2000 avro”.
Vəkil bildirib ki, ödəniləcək kompensasiyaların ümumi cəmi 79 690 avrodur:
“Beləliklə də bu günə qədər Avropa Məhkəməsinə göndərdiyim 325 şikayətdən qələbə ilə yekunlaşan işlərin sayı 106-ya çatdı. Bunlar hamısı İntiqam Əliyev məktəbinin məhsullarıdır”.

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …

Bir cavab yazın