Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Avropa İttifaqı Prezidentin əfv sərəncamını alqışladı

Avropa İttifaqı Prezidentin əfv sərəncamını alqışladı

Avropa İttifaqı (Aİ) Azərbaycan Prezidenti İlham Əliyevin Novruz bayramı ilə əlaqədar aralarında siyasi partiya, qeyri-hökumət təşkilatları üzvləri, bloger və jurnalistlərin də olduğu 400-dən çox məhbusu əfv etməsini alqışlayıb.

Bu barədə Aİ-nin Xarici əlaqələr və təhlükəsizlik siyasəti ofisinin mətbuat katibinin bəyanatında deyilir.

Bildirilir ki, Aİ Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərə uyğun olaraq gələcəkdə də oxşar addımları davam etdirəcəyini gözləyir: 

“Aİ əməkdaşlığı, eyni zamanda əlaqələrimizin vacib elementlərindən olan insan haqları sahəsində əlaqələri inkişaf etdirmək üçün Azəbaycanla işləməyə davam edəcək”. 

Həmçinin oxuyun

“G7” ölkələrindən Bakı və Yerevana çağırış

“G7” ölkələri Bakı və Yerevanı davamlı sülhə nail olmağa çağırıb. Qurum bölgədə gərginliyin yolverilməz olduğunu …