Ana səhifə / Siyasət / Avropa Birliyindən Qarabağdakı işğalçı rejimə 1 milyonluq dəstək

Avropa Birliyindən Qarabağdakı işğalçı rejimə 1 milyonluq dəstək

Avropa Birliyinin humanistlik “damarı tutub” və Qarabağdakı erməni əhaliyə növbəti maliyyə yardımını göndərib. Bu dəfə işğalçı ermənilərə 400 min avro ayrılıb və üst-üstə 900 min avro qondarma rejimə ianə edilib. Avropa Birliyi bunu humanitar aksiya kimi dəyərləndirir və müharibədən zərər çəkən əhaliyə yönəlik dəstək olduğunu söyləyir. Oktyabrın əvvəlində də Avropa Birliyi tərəfindən Qarabağdakı ermənilərə 500 min avro ayrılmışdı.

Avropa Birliyinin böhranların idarə edilməsi üzrə komissarı Janez Lenarkikin sözlərinə görə, müharibəyə son qoyulmalıdır. Ancaq hansısa səbəbdən, hərbi əməliyyatlar zonasından kənarda yerləşən Azərbaycanın şəhərləri – Gəncə, Mingəçevir, Bərdə, Ağcabədi, eləcə də cəbhə rayonu sayılan Tərtərin bombalanması komissarı narahat etməyib. Ermənistanın hərbi-siyasi rəhbərliyinin cinayətləri nəticəsində adıçəkilən şəhərlərdə ölən və yaralanan Azərbaycan vətəndaşlarına Avropa Birliyi nə maliyyə yardımı göstərib, nə də beynəlxalq qanunlara əsaslanıb işğala məruz qalmış ölkəyə hüquqi-siyasi dəstəyini ifadə edib.

Habelə, Böyük Britaniya Dağlıq Qarabağ münaqişəsində zərərçəkənlərə humanitar yardım üçün bir milyon sterlinq ayırıb. İngiltərə xarici işlər naziri Dominik Raab deyib ki, Dağlıq Qarabağdakı münaqişədən zərərçəkən minlərlə insan tibbi ləvazimatlar, qida və daha təhlükəsiz sığınacaqlarla təmin olunacaq. Beləliklə, “timsah göz yaşları” tökən ermənilərə Qərbdən maliyyə axını gəlməkdədir.

Azərbaycan dövlətinin erməni terrorundan zərər çəkən insanlarına hərtərəfli köməklik etməyə gücü çatır. Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 91 mülki şəxs qətlə yetirilib, 405 nəfər isə yaralanıb. Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 461, çoxmənzilli yaşayış binalarının sayı 97, yaşayış evlərinin sayı isə 2 488-dir. Bəs Qərb nə üçün separatçı rejimi belə yemləyir? Kim zəmanət və təminat verə bilər ki, həmin vəsaitlər oradakı əhaliyə yox, Azərbaycan Ordusuna qarşı döyüşən terrorçulara verilməyəcək?

Formula 1” müqaviləsinin uzadılması Azərbaycanın qələbəsidir” – Deputat  Aydın Mirzəzadə – Turkustan.info

Deputat Aydın Mirzəzadənin “Yeni Müsavat”a bildirdiyinə görə, Ermənistan Qərbdən aldığı əvvəlki humanitar yardımları da ya orduya xərcləyib, ya da korrupsiyaya yol verərək mənimsəyib: “Təsadüfi deyil ki, Ermənistanda vəzifədə olanlar ən imkanlı adamlar sayılırlar. Avropa Birliyi kimi nüfuzlu təşkilatın oyuncaq bir rejimə pul ayırması onun təməl prinsiplərinə ziddir. Eyni məntiqlə gərək Barselonada, Afrikada, Asiyada olan üsyançı dəstələrə də vəsait ayıraydılar. Bu, Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi üçün apardığı siyasətin Avropada müəyyən dairələri razı salmadığını göstərir. Əslində humanitar yardım torpaqlarından qovulmuş 1 milyon azərbaycanlı köçkünə lazımdır. Hərçənd ki, Azərbaycan öz daxili resursları hesabına vətəndaşlarına şərait yaradıb”.

A.Mirzəzadə hesab edir ki, həmin yardım Bərdə və Gəncədə raket hücumu edəndən sonra oradakı zərər görmüş insanlara lazım idi: “Azərbaycanın maliyyə resursları var ki, onların problemlərini həll etsin. Bununla belə, Avropa Birliyi öz siyasi və mənəvi həmrəyliyini nümayiş etdirə bilərdi. Ancaq onlar separatçılara yardım göndərməklə işğalçılıq siyasətinə dəstək vermiş olurlar. Buna baxmayaraq, Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək əzmindədir və bunu reallaşdırır”.

Qabil Hüseynli yenə "politoloqluq" edir - Polimik.az

Politoloq Qabil Hüseynli hesab edir ki, Avropa Birliyi son zamanlar ikili standartları daha da möhkəm işə salıb. Onun fikrincə, son bir ayda işğalçıya yardım siyasəti sürətlə həyata keçirilir. “Bu, müharibənin qarşısını almır. Ermənistanın siyasi rəhbərliyi həmin vəsaiti silaha və ordunun ehtiyaclarına sərf edəcək. Bu da bölgədəki müharibənin daha da alovlanmasına xidmət göstərəcək. Qərb bilməlidir ki, ermənilər dünyanın ən kinli xalqıdır və Qarabağın işğaldan azad edilməsi üçün separatçılara yox, ərazi bütövlüyü dünya tərəfindən qəbul edilən Azərbaycana töhfə verilməlidir. Amma Avropa Birliyinin maliyyə yardımı göstərir ki, bu, yanan odun üstünə benzin tökmək kimi bir işdir”, – deyə Q.Hüseynli bildirdi.

Ekspertin fikrincə, Qərb ölkələri sadə həqiqəti dərk etmək istəmirlər və bu yardımların göndərilməsi ilə sanki regionda qeyri-sabitliyi arzulayırlar: “Nə oldu ki, ermənilər birdən-birə humanitar fəlakətə məruz qaldı? Qərb olan pulunu topa-tanka verən işğalçı qüvvəyə qarşı niyə belə alicənab davranır? Axı ermənilər sakit dayanmır, bölgəni qarışdırır. Bu yardımla onu müharibəni uzatmağa təhrik edən addımlar atırlar. Əgər humanitar yardımdırsa, o zaman Bərdəyə, Gəncəyə atılan raketlərdən böyük zərər görmüş insanların da humanitar yardıma ehtiyacı var. Amma Qərbin mövqeyi ikitərəfli və xristian təəssübkeşliyinə söykənən hərəkətlərdir. Bu, ümumi işə ziyan vurur və məqsəd Azərbaycanı dayandırmağa, işğalçını xilas etməyə hesablanıb”.

Onu da deyək ki, ABŞ Konqresinin Nümayəndələr Palatası da işğal altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasına 1,4 milyon dollar ayırmışdı.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …