Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / “Austrian Airlines” şirkəti Bakıya uçuşları dayandırır

“Austrian Airlines” şirkəti Bakıya uçuşları dayandırır

Avstriyanın Hava Yolları şirkəti – «Austrian Airlines» Bakıya uçuşları dayandırır.

Bu barədə fins.az-a “Austrian Airlines”ın Bakı nümayəndəliyindən bildirilib. Xatırladaq ki, indiyədək adı çəkilən şirkət Bakı-Vyana reysləri həyata keçirirdi.

Şirkətdən bildirilib ki, reyslərin dayandırılmasına səbəb tələbatın aşağı düşməsi və sərnişinlərin sayının azalmasıdır. «Tələbatın aşağı düşməsii ilə əlaqədar olaraq «Austrian Airlines» Vyana-Bakı reyslərinin ləğv edilməsini qərara alıb»,-deyə şirkətdən bildirilib.

Adı çəkilən reys yanvarın 12-dən etibarən dayandırılır. «Sonucu reys yanvarın 11-də həyata keçiriləcək, ləğv edilən reyslərin sərnişinlərinə alternativ variantlar təklif olunacaq»,-deyə şirkətin məlumatında bildirilir.

Şirkət yaranmış narahatlığa görə sərnişinlərindən üzr istəyib.

Həmçinin oxuyun

“G7” ölkələrindən Bakı və Yerevana çağırış

“G7” ölkələri Bakı və Yerevanı davamlı sülhə nail olmağa çağırıb. Qurum bölgədə gərginliyin yolverilməz olduğunu …

Bir cavab yazın