Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Atçılıq üzrə Nərimanov açıq birinciliyi keçirilib – Fotolar

Atçılıq üzrə Nərimanov açıq birinciliyi keçirilib – Fotolar

Nərimanov Rayon İcra Hakimiyyəti, Rayon Gənclər və İdman İdarəsinin və Azərbaycan Atçılıq Federasiyasının birgə təşkilatçılığı ilə Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbində “15 iyun – Milli Qurtuluş Günü” münasibətilə atçılıq idmanı üzrə Nərimanov rayon açıq birinciliyi keçirilib.
Azinforum.az-a daxil olan məlumata görə, birinciliyin açılış mərasimində Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Azərbaycan Atçılıq Federasiyasının vitse – prezidenti Mahir Muradov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Milli Məclisin deputatları Adil Əliyev, Hikmət Babaoğlu, Rayon İcra Hakimiyyəti başçısının müavinləri İradə Mahmudova, İlqar Mirzəyev, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, rayon hüquq mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyəti, KİV nümayəndələri, gənc idmançılar və fəal gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev qonaqları və tədbir iştirakçılarını qarşıda gələn “15 iyun – Milli Qurtuluş Günü” münasibətilə təbrik edib.
Açılış mərasimindən sonra yarışlara start verilib. Yarışda 28 nəfər idmançı mübarizə aparıb.
Yarışda I yeri tutmuş “Hollywood IV” ləqəbli atla Əliverdiyev Səməd, II yeri tutmuş “Rodrigo” ləqəbli atla Salayev Həzrət və III yeri tutmuş “Voltram” ləqəbli atla Qurbanbəyov Dünyamalı təşkilatçılar
tərəfindən müxtəlif dərəcəli diplom, medal və xatirə hədiyyələri ilə təltif olunublar.
Atçılıq üzrə Nərimanov açıq birinciliyi keçirilib - FotolarAtçılıq üzrə Nərimanov açıq birinciliyi keçirilib - Fotolar

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın