Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Atatürk hava limanı yalnız dövlət başçılarını qəbul edəcək

Atatürk hava limanı yalnız dövlət başçılarını qəbul edəcək

İstanbulda üçüncü hava limanının istismara verilməsindən sonra hazırda fəaliyyət göstərən Atatürk hava limanı yalnız dövlət başçılarını qəbul edəcək.

Virtualaz.org “Anadolu”ya istinadən bildirir ki, bunu Türkiyənin nəqliyyat, gəmiçilik və rabitə naziri Əhməd Arslan deyib.

Nazir qeyd edib ki, Atatürk hava limanında həmçinin, sərgi mərkəzi fəaliyyət göstərəcək.

Üçüncü hava limanı barədə danışan nazir deyib ki, Terkos gölü yaxınlığında inşa olunan bu obyektdə hələlik işlərin 78 faizi görülüb və bu il fevral ayının sonlarında hava limanında sınaq uçuşları keçiriləcək. Sınaq uçuşlarını ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Binəli Yıldırım da izləyəcəklər.

Yeni hava limanının tikintisi 10 milyard lirəyə başa gələcək və o, ilkin mərhələdə ildə 90 milyon sərnişinə xidmət göstərəcək.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …