Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / “Atamın xəstəhal görüntüsü yoxdur, xəstədir…” – məhbəsdəki generalın oğlu

“Atamın xəstəhal görüntüsü yoxdur, xəstədir…” – məhbəsdəki generalın oğlu

Akif Çovdarovun oğlu Ruslan Çovdarov: “Bir ilə 25-30 kilo arıqlayıb”

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun yeni görüntüsü yayılıb. “Report”un əldə etdiyi foto Sabunçu Rayon Məhkəməsinin inzibati binasında çəkilib.

Azinforum.az  xəbər verir ki, 17 aydır həbsdə olan A.Çovdarovun fotosunda onun xeyli arıqladığı və xəstəhal görüntüsü diqqət cəlb edir. Bu günə qədər jurnalistlər onun məhkəməsində iştirak etsələr də, fotosunu çəkməyə nail olmayıblar. Bu səbəbdən də indi media polkovnikin vəzifədə ikən çəkdirdiyi və hazırkı fotolarını yanaşı qoyub, onun necə arıqlaması, solması ilə bağlı müqayisələr aparır.

0b2afa75-5736-41f0-8f3b-1460ff1bdeee.jpg (80 KB)
A.Çovdarovun oğlu Ruslan Çovdarov isə musavat.com-un əməkdaşının sualına cavab olaraq deyib ki, atasının xəstəhal görüntüsü olması ilə bağlı fikirlər doğru deyil: “Atamın görüntüsü xəstəhal deyil. Atam xəstədir. Bunlar fərqli şeylərdir. Bunu ilk gündən deyirik. Yalan deyil ki. İndi özünüz də gördünüz. Xəstəlikləri çoxdur. Bu xəstəliklərlə də təbii ki, arıqlamalıdır. Hər halda, ev şəraiti ayrıdır, içəri ayrı. Arıqlaması təbiidir”.

Müsahibimiz dedi ki, atası ürək və onkoloji xəstəliklərdən əziyyət çəkir. Onun sözlərinə görə, A.Çovdarov bir ilə 25-30 kilo arıqlayıb.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın